CASPIAN GEOMATICS MMC ISO 9001:2015 SERTİFİKATI ƏLDƏ ETDİ

CASPIAN GEOMATICS MMC ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. Belə ki, CASPIAN GEOMATICS MMC şirkəti beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və hədəf olaraq yaxın gələcəkdə digər ölkələrdə filialların açılmasını planlaşdırır. Bu baxımdan, keçən illərdən CASPIAN GEOMATICS MMC tərəfindən şirkətin keyfiyyət idarəetmə sisteminin ISO 9001 standartının tələblərinə əsasən qurulmasına başlanılmışdır. Bu müddət ərzində keyfiyyət idarəetmə sistemi ilə bağlı ciddi işlər aparılmış və şirkətin fəaliyyəti ISO 9001:2015 standartının tələblərinə uyğun vəziyyətə gətirilmişdir. Azərbaycanda bir çox beynəlxalq və nüfuzlu sertifikasiya qurumlarının rəsmi nümayəndəsi olan ALMA sertifikatlaşdırma şirkəti tərəfindən aparılan audit yoxlaması nəticəsində CASPIAN GEOMATICS MMC şirkətinin keyfiyyət idarəetmə sistemi sahəsində gördüyü işlər yüksək qiymətləndirilib və IAS (International Accreditation Service) akreditasiyalı beynəlxalq sertifikata layiq görülüb.

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat