Abşeron rayonu, Hökməli qəsəbəsi tam orta məktəbin yenidən qurulması məqsədilə mühəndisi geoloji işlər üzrə CASPIAN GEOMATICS ilə əməkdaşlıq edilmişdir. Belə ki, məktəbin müasir tikintisi üzrə mühəndislik xidmətləri ilə bağlı PROKON MMC və CASPIAN GEOMATICS MMC arasında müqavilə imzalanmışdır.
Hazırda CASPIAN GEOMATICS MMC tərəfindən mövcud məktəbə baxış keçirilib və mobilizasiya işləri planlaşdırılır. Aparılacaq mühəndisi geoloji işlər üzrə tədqiqatların icra müddəti 1 ay nəzərdə tutulub. Mühəndisi geoloji tədqiqat işləri üzrə bir sıra məsələlər qarşıya qoyulmuşdur. İlkin olaraq, Hökməli tam orta məktəb ərazisinin geoloji-litoloji quruluşunun və ümumi sahənin hidrogeoloji şəraitinin öyrənilməsidir. Bu məqsədlə, qazılacaq mühəndisi geoloji quyuların Hökməli tam orta məktəbin yeni layihəsinə uyğun olaraq yerləşməsi planlaşdırılmışdır. Məktəb ərazisini əhatə edəcək kompleks mühəndisi geoloji işlərin aparılması və hidrogeoloji tədqiqatların yerinə yetirilməsi şirkətlər arası müzakirə edilmişdir. Eyni zamanda, müzakirə zamanı qrunt laboratoriya tədqiqatlarına toxunulmuş, fiziki-mexaniki xassələrin tədqiqində hansı növ testlərin aparılmasına toxunulmuşdur. Bundan başqa, geoloji-litoloji profillərin optimal vəziyyəti üçün geoloji kəşfiyyat quyularının layihəyə və standarta uyğun yerləşməsinə baxılmışdır.
PROKON sənaye müəssisələrin və obyektlərin tikinti proseslərinin dizayn uyğunluğu, tikintiyə qədər idarə olunması üzrə Nobel Energy-nin törəmə şirkətidir. 2012-ci ildə yarandığı gündən etibarən PROKON beynəlxalq sənaye layihələri üçün peşəkar xidmətlər göstərir. 2012-ci ildə yarandığı gündən ölkənin mühüm sənaye layihələrinə peşəkar xidmətlərini göstərmişdir. Şirkət yüksək keyfiyyətli layihələrin təhlükəsiz, vaxtında və büdcə daxilində işləri həlletmə təcrübəsinə, peşəkar kadrlara və müasir sistemlərə malikdir.
HÖKMƏLİ QƏSƏBƏSİ TAM ORTA MƏKTƏBİ YENİDƏN QURULUR