Kişçay Kümrükçay sel və daşqın məcra prosesləri flood river beds hazardous

BİR SIRA ÇAYLARIN MƏCRA PROSESLƏRİ QİYMƏTLƏNDİRİLİR

CASPIAN GEOMATICS MMC imzalanmış ikitərəfli müqavilə əsasında CİS-in tətbiqi ilə bir sıra sel və daşqın təhlükəli çaylarda məcra proseslərinin qiymətləndirilməsini aparacaqdır. Bu məqsədlə, 02.03.2022 tarixli müqavilə imzalanmışdır. Hazırda, bu istiqamətdə işlərin planlaşdırılması aparılır və tədqiq olunacaq çaylar barədə zəruri olaraq ilkin materiallar toplanılır.

Son illər qlobal iqlim tərəddüdlərinin regional təzahür formaları və plansız təsərrüfat fəaliyyəti nəticəsi ilə təbii-dağıdıcı hidrometeoroloji proseslər fəallaşıb. Nəticədə sürüşmə, uçqun, sel, daşqın kimi proseslər intensiv olub və ətraf mühitə daha çox mənfi təsir göstərməyə başlayıb.

Azərbaycan ərazisində belə proseslərdən ən geniş yayılanı sel və daşqın hadisələridir. Bu növ axınlar dağlıq ərazilərdə, o cümlədən Azərbaycanda ətraf mühitə, bütün növ təsərrüfat obyektlərinə böyük ziyanlar vurur. Respublikada daha tez təkrarlanan sel və daşqın axınları yaşayış məntəqələrini, hidrotexniki qurğuları, yolları və s. dağıdır, əkin sahələrini sıradan çıxarır. Bu səbəbdən, təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması üzrə hadisələrin zamana və məkana görə paylanma xüsusiyyətlərinin öyrənilməsi aktualdır. Eyni zamanda, onları yaradan təbii-antropogen amillər də tədqiq edilməlidir. Aerokosmik metodlar və CİS əsasında sel və daşqın təhlükəli təbii-dağıdıcı hidrometeoroloji proseslərin və ümumiyyətlə məcra proseslərinin öyrənilməsi günü-gündən aktualllaşır.

Təsadüfi deyildir ki, ətraf mühitin tədqiqində və idarə edilməsində peyk məlumatlarından istifadəyə üstünlük verilməsi son illərdə dövlətimiz tərəfindən də xüsusi bir tələb kimi elmi ictimaiyyətin qarşısına qoyulur. Belə ki, cənab Prezidentin 15.11.2018 tarixli 696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın bir neçə maddəsi su təsərrüfatı obyektlərinin monitorinqinə, onların yenidən qurularaq idarə edilməsinə aiddir.

Beləliklə, mövcud və daim yenilənən funksiyalar imkan verir ki, peyk təsvirlər və CİS əsasında sel və daşqınların idarə edilməsində və onlara qarşı mübarizə tədbirlərinin müasir tələblər səviyyəsində seçilməsində ən ciddi irəliləyişlər əldə edilsin.

Müqavilə üzrə tədqiqat mərhələləri:

  • Təhlükəli sel və daşqınlar yaradan çayların axınlarının araşdırılması;
  • natur tədqiqatların aparılması;
  • məcraların hidravliki müqavimət əmsalının qiymətləndirilməsi;
  • məcraların daşqın axını təsirindən yuyulması dərinliyinin təyini və qarşısının alınması tədbirlərinin işlənilməsi;
  • konus çıxışlarda sel daşqınlarının təhlükəsiz ötürülməsi tədbirləri;
  • rəqəmsal model və aerokosmik təsvirlər üzrə morfometrik təhlil;
  • landşaft strukturunun xəritə tərtibatı;
  • antropogen amillərin təsirinin öyrənilməsi;
  • geoinformasiya təhlilləri və digər metodlar üzrə detallı araşdırmaların aparılması;
  • təhlükəli sel və daşlı-palçıqlı daşqın axınlarının əsas xüsusiyyətlərinin araşdırılması;
  • su ehtiyatlarının tədqiqi;
  • hidroloji və hidravliki rejim xüsusiyyətlərinin öyrənilməsi;
  • məcra çöküntülərinin fraksiyalarının öyrənilməsi və s.

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat