Geoloji və Hidrogeoloji tədqiqatlar (wireline core drilling), Topoqrafiya ölçmələri, Kanalların texniki inventarlaşdırılması (77 km), Xəritə tərtibi, SCADA sistemləri
“Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” üzrə topoqrafik ölçmələrin və texniki inventarlaşdırma işlərinin icrası, geoloji və hidrogeoloji tədqiqatların aparılması ilə bağlı Fransanın SOFRECO və CASPIAN GEOMATICS şirkətləri arasında müqavilələr imzalanmışdır. Layihə Asiya İnkişaf Bankının dəstəyi ilə reallaşmışdır.
“Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” Azərbaycanın Naxçıvan Muxtar Respublikası üzrə uğurlu layihələrdən biri olmuşdur. Layihənin məqsədi Naxçıvan Muxtar Respublikasında suvarma və drenaj sisteminin fəaliyyətinin yaxşılaşdırılması və kənd təsərrüfatı istehsalını və məhsuldarlığını artırmaq olmuşdur.
Layihənin məqsədindən irəli gələrək, əsas kanalların mövcud vəziyyətinin qiymətləndirilməsi, kanallar üzrə texniki inventarlaşdırma işlərinin aparılması, həmçinin Bənəniyar kanalının topoqrafiya ölçmələrinin yerinə yetirilməsi və ərazidə fundamental geodeziya istinad məntəqələrinin quraşdırılması qarşıda duran məsələlər olmuşdur. Eyni zamanda, ərazidə 4 sxem üzrə kompleks geoloji və hidrogeoloji tədqiqatların aparılması, həmçinin qrunt laboratoriya tədqiqatlarının icrası və götürülmüş nümunələr üzərində kimyəvi analizlərin aparılması (qrunt və su nümunələri) da əsas hədəflərə aiddir.
Layihə çərçivəsində irriqasiya kanalları üzrə SCADA sistemləri tətbiqi imkanları da araşdırılmışdır. Kanalların SCADA sistemləri tətbiqi məqsədilə kanallarda monitorinq işləri aparılmışdır.
İrriqasiya və Drenaj sxemləri:
Bənəniyar baş kanal sxemi (Culfa/4230 ha)
Böyükdüz və Xok irriqasiya-drenaj sxemi (Kəngərli/2360 ha)
Kəngərli irriqasiya sxemi (Kəngərli/3500 ha)
Püsyan, Tümaslı və Xanlıqlar drenaj inkişaf sxemi (Şərur/3400 ha)
Tədqiqat əsasında alınmış nəticələr:
Bənəniyar, Qaraçuq və Arpaçay (sağ və sol kanalları) kanallarının texniki inventarlaşdırma işləri icra edilmişdir (77 km)
Bənəniyar kanalı üzrə topoqrafik ölçmələr yerinə yetirilmiş, kanalın böyük miqyaslı topoqrafik xəritəsi tərtib edilmişdir.
Bənəniyar kanalı üzrə müvəqqəti və daimi geodeziya istinad məntəqələri quraşdırılmış, GPS statik ölçmələr yerinə yetirilmiş, nivelirləmə işləri aparılmışdır.
Bənəniyar kanalı üzrə uzununa və eninə profillərin qrafiki tərtibatı işləri icra edilmişdir.
Bənəniyar kanalının 3D rəqəmsal relyef modeli qurulmuşdur.
Tədqiqat ərazisi üzrə kompleks mühəndisi-geoloji və hidrogeoloji tədqiqatlar aparılmışdır.
Tədqiqat ərazilərinin faktiki materiallar və geoloji xəritələri, mühəndisi-geoloji xəritələri, kimyəvi tərkib xəritələri, qrunt sularının minerallaşma dərəcəsi xəritələri, yeraltı suların yatım dərinliyi xəritələri tərtib edilmişdir.
Tədqiqat ərazilərində müşahidə quyuları və mühəndisi-geoloji kəşfiyyat quyuları, həmçinin şurflar qazılmışdır.
Strukturu pozulmuş və pozulmamış qrunt nümunələri götürülmüş, qrunt laboratoriya tədqiqatları aparılmış, həmçinin suyun və qruntun kimyəvi analizləri aparılmışdır.
İRRİQASİYA-DRENAJ SİSTEMİNİN İNKİŞAFI LAYİHƏSİ (AİB/ADB)
Geoloji və Hidrogeoloji tədqiqatlar (wireline core drilling), Topoqrafiya ölçmələri, Kanalların texniki inventarlaşdırılması (77 km), Xəritə tərtibi, SCADA sistemləri
“Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” üzrə topoqrafik ölçmələrin və texniki inventarlaşdırma işlərinin icrası, geoloji və hidrogeoloji tədqiqatların aparılması ilə bağlı Fransanın SOFRECO və CASPIAN GEOMATICS şirkətləri arasında müqavilələr imzalanmışdır. Layihə Asiya İnkişaf Bankının dəstəyi ilə reallaşmışdır.
“Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” Azərbaycanın Naxçıvan Muxtar Respublikası üzrə uğurlu layihələrdən biri olmuşdur. Layihənin məqsədi Naxçıvan Muxtar Respublikasında suvarma və drenaj sisteminin fəaliyyətinin yaxşılaşdırılması və kənd təsərrüfatı istehsalını və məhsuldarlığını artırmaq olmuşdur.
Layihənin məqsədindən irəli gələrək, əsas kanalların mövcud vəziyyətinin qiymətləndirilməsi, kanallar üzrə texniki inventarlaşdırma işlərinin aparılması, həmçinin Bənəniyar kanalının topoqrafiya ölçmələrinin yerinə yetirilməsi və ərazidə fundamental geodeziya istinad məntəqələrinin quraşdırılması qarşıda duran məsələlər olmuşdur. Eyni zamanda, ərazidə 4 sxem üzrə kompleks geoloji və hidrogeoloji tədqiqatların aparılması, həmçinin qrunt laboratoriya tədqiqatlarının icrası və götürülmüş nümunələr üzərində kimyəvi analizlərin aparılması (qrunt və su nümunələri) da əsas hədəflərə aiddir.
Layihə çərçivəsində irriqasiya kanalları üzrə SCADA sistemləri tətbiqi imkanları da araşdırılmışdır. Kanalların SCADA sistemləri tətbiqi məqsədilə kanallarda monitorinq işləri aparılmışdır.
İrriqasiya və Drenaj sxemləri:
Tədqiqat əsasında alınmış nəticələr:
https://caspiangeomatics.com/