NORM dağ-mədən xammal yataqları

NORM VƏ CASPIAN GEOMATICS ÇƏRÇİVƏ MÜQAVİLƏSİ İMZALADI

Norm sement zavodu ərazisində və dağ-mədən hasilat işləri aparılmış mədənlərdə mühəndisi geodeziya və topoqrafiya ölçmələrinin aparılması məqsədilə NORM ASC və CASPIAN GEOMATICS MMC arasında mühəndislik xidməti sahəsində 16.02.2024 tarixli çərçivə müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən müxtəlif ərazilərdə CASPIAN GEOMATICS MMC tərəfindən mühəndisi – geodeziya və topoqrafiya ölçmələri aparılacaqdır. Xammal yataqlarında aparılacaq topoqrafiya ölçmələri ilə yanaşı, ərazilərdə geodeziya istinad məntəqələrinin quraşdırılması, məntəqələrin koordinat və yüksəklik göstəricilərinin təyini, topoqrafik xəritələrin tərtibi, CİS analizlərinin aparılması, həmçinin tədqiqat ərazilərinin 3D modelləşdirilməsi əsas məsələlərdir.

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat