Xəzər dənizində Sonar-batimetriya tədqiqatının aparılması məqsədilə CASPIAN GEOMATICS şirkəti ilə müqavilə imzalanmışdır. Müqavilə üzrə Xəzər dənizində kontrakt sahələrdə dib relyefinin tədqiqi və Sonar çəkilişləri icra ediləcəkdir. Batimetrik tədqiqatların və Sonar çəkilişlərinin aparılması məqsədi dib relyefinin tədqiq olunmasından, sahil bəndlərinin və daşlıq sahələrin, təhlükəli ərazilərin və tullantıların aşkara çıxarılmasından, o cümlədən sonar kontakt olan obyektlərin həndəsi xassələrinin təyinindən ibarətdir. CASPIAN GEOMATICS MMC tərəfindən icra olunacaq tədqiqatların qarşısında duran məsələlər inventarlaşdırma xəritəsinin tərtibi, batimetrik modelin və xəritənin işlənilməsi, yüksək ayırdetməli akustik təsvirlərin əldə edilməsidir.
Hazırda işlərin başlanılması üçün hava şəraitinə baxılır, həmçinin SƏTƏM tədbirlər planı və Fövqəladə hallar planı hazırlanır. Eyni zamanda, Sonar-batimetriya kəşfiyyatı üçün planlama işləri aparılır. Qeyd edilməlidir ki, ilkin kameral işlərin aparılmasında aerokosmik təsvirlər də təhlil olunmaqdadır.
Bildirək ki, CASPIAN GEOMATICS geofizika və batimetriya tədqiqatları, sonar planalma, geodeziya və topoqrafiya və digər fəaliyyət istiqamətləri üzrə xidmətləri vardır. Son illər CASPIAN GEOMATICS dəniz tədqiqatları üzrə geniş miqyaslı işlər yerinə yetirir. Sahilyanı və dəniz hövzəsi üzrə sonar-batimetriya və digər tədqiqatların icrasında şirkət çoxsaylı müqavilələrə imza atmışdır. Şirkət tərəfindən geoloji, sonar-batimetriya, geodeziya ölçmələri, naviqasiya təminatı, metokean tədqiqatlar üzrə dəniz hövzəsində və quruda kompleks axtarışlar icra etmişdir. Eyni zamanda, dəniz layihələrində və digər əhəmiyyətli layihələrin icrasında geoloji və geofiziki, qrunt laboratoiya tədqiqatı və axtarış-kəşfiyyat işlərini yerinə yetirir.
XƏZƏRDƏ SONAR-BATİMETRİYA TƏDQİQATI APARILACAQDIR