Dron (PUA) xidmətləri (aerofotoplanalma) üzrə ortofotoxəritə (ortofotoplan) və topoqrafik xəritə tərtibi, relyefin rəqəmsal modeli məhsullarının tərtibində şirkətimiz zəngin təcrübəyə malikdir.

Dron (PUA) xidmətləri:

  • aerofotoplanalma və ortofotoxəritə tərtibi
  • Dron əsaslı relyefin rəqəmsal modeli
  • rəqəmsal topoqrafik xəritə tərtibatı
  • ölçmələrin yüksəklik sisteminə gətirilməsi
  • modelləşdirmə (üçölçülü, DEM və DTM)
  • ortotransformasiya və ortofotomozayka
  • rəng sintezi kompozit təsvirlərin tərtibi
  • təsvirlərin georeferensiyası
  • həcm hesablanması

PUA xidməti aerofotoplanalma metodu olaraq topoqrafik xəritə tərtibatı üzrə müasir tələbdir. Geodezik təminat üçün fotoqrammetrik istinad məntəqələri qurulur, onların koordinat və yüksəklik göstəriciləri təyin olunur. Aerofotolar emal edilir, model qurulur və taraza gətirilir. Nəticədə, yüksək ayırdetməli təsvirlər alınır, həm də plan və xəritə tərtibi üçün təsvirlər üzrə obyektin forma və ölçüsü, mövqeyi təyin edilir. Fotoqrammetriya yerüstü, hava və kosmik çəkiliş əsasında alınan təsvirlərin proyeksiyaya çevrilməsi və obyektin forma və ölçüləri nəzərə alınmaqla, məsafə və mövqe kimi həndəsi və semantik məlumatları əldə etmək üçündür. Məqsəd yerüstü, PUA və kosmik çəkilişlərlə alınan təsvirlərin səth quruluş üzrə transformasiya edilməsidir. Bu zaman, təhriflər, nadirdən meyl etmə, atmosfer korreksiyası faktorları nəzərə alınır. Ortofotoxəritə və topoqrafik xəritə tərtibi əsasən şəhərsalma, kadastr, arxeoloji tədqiqat, hərbi məsələlər, ətraf mühit, monitorinq, kənd təsərrüfatı, Neft sənayesi, dağ-mədən, fövqəladə hallar üzrə daha geniş istifadə olunur.

dron, Ortofoto xəritə (ortofotoxəritə), topoqrafik planalma, pua xidmətləri, relyefin rəqəmsal modeli

 

 

 

 

Məsafədən Zondlama
Batimetriya xidmətləri
Geologiya və Geofizika
Geodeziya və Fotoqrammetriya
Topoqrafiya xidmətləri
Kartoqrafiya xidmətləri
Coğrafi İnformasiya Sistemləri
Geomatika xidmətləri

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat