SCADA (AVTOMATİKA)

SCADA (Avtomatika) sahəsində şirkətin müxtəlif sektorlar üzrə xidmətləri var. Şirkət SCADA sistemi üzrə quraşdırma və SCADA layihələndirmə, texniki xidmətlər göstərir. SCADA (Supervisory Control And Data Acquisition) idarə ediləcək obyektlər haqqında informasiyaların toplanması, işlənməsi, təsvir edilməsi və arxivləşdirilməsi sistemlərinin işlənib hazırlanması və onların real vaxt rejimində fəaliyyətlərini təmin edir.

SCADA (Avtomatika) sisteminin yaradılması ilə yataqların istismarı, hasil olunan neft-qazın emalı, saxlanılması, nəqli və aparılan texnoloji proseslərin vizuallaşdırılması həyata keçirilir. Sistem vasitəsilə baş verə bilən risklərin minimum səviyyəyə endirmək üçün proseslərə real vaxt rejimində mütəmadi nəzarət və məsafədən idarə etmək mümkün olur. Sistemin tətbiqi xərclərin azaldılması və istehsalın artımına da imkan verir.

CASPIAN GEOMATICS şirkəti ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və müasir texnologiyaların tətbiqi ilə su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində xidmətlər göstərir. Bu istiqamətdə SCADA (Avtomatika) sisteminin qurulması, mərkəzdən idarə olunma ilə subartezian quyularına videomüşahidə ilə nəzarət etmək, quyuları işə salmaq, suvarma başa çatdıqda söndürülməsi mümkün olur. Sistem əsasında əllə nəzarət, avtonəzarət və zamanlı nəzarət rejimləri var. Əllə nəzarət rejimində quyunu nəzarətçi işə sala və ya söndürə bilər. Avtonəzarət rejimində quyunun işə salınması və söndürülməsi mərkəzdən həyata keçirilir. Zamanlı nəzarət rejimində isə quyu əvvəlcədən müəyyən olunmuş zaman müddətində işləyir, vaxt tamam olanda avtomatik sönür. Bu sistemlə elektrik enerjisi sərfiyatına, quyudakı suya və dərinlik nasosuna nəzarət etmək olur, həmçinin su itkisinin qarşısı alınır.

Sistemin geniş tətbiq sahələri:

  • ekoloji monitorinqin aparılması
  • su ehtiyatlarının idarə edilməsi
  • torpaqların meliorativ tədqiqatları
  • qida sektoru
  • kənd təsərrüfatı
  • su və tullantı sularının idarə edilməsi
  • neft və qaz sənayesi (neft və qaz kəmərlərinin monitorinqi və nəzarət sistemi, )
  • nəqliyyat
  • hidrotexniki qurğular
  • enerji
  • istehsal sahələri
  • elektrik enerjisi
  • tullantıların emalı və s.

SCADA (Avtomatika) üstünlüklər:

  • müxtəlif qurğulardan məlumatların toplanılması;
  • informasiyanın arxivləşdirilməsi və saxlanılması;
  • proseslərin vizuallaşdırılması;
  • idarəetmə alqoritmlərinin, riyazi və məntiqi hesablamaların reallaşdırılması və idarəedici təsirlərin obyektə göndərilməsi;
  • texnoloji və idarəetmə proseslərinin sənədləşdirilməsi və onların çapa ötürülməsi;
  • şəbəkə funksiyaların yerinə yetirilməsi;
  • sistemə müdaxilənin qarşısının alınması (mühafizəsi), siqnalların verilməsi;
  • məlumatların çevik mübadiləsinin təmin olunması;
  • proqramlar arasında informasiya mübadiləsinin təmin edilməsi.
  • sərfiyyatın və hesabatın operativ aparılması;
  • isitmə, isti və soyuq su təchizatının, elektrik təchizatının texniki parametrlərə nəzarət olunması;
  • qurğu və avadanlıqlarla bağlı yaranan nasazlığın avtomatik qeydiyyatı;
  • qurğu və avadanlıqlarda iş proseslərinin avtomatik qeydə alınması;
  • proseslərin məsafədən idarə edilməsi və müşahidəsi;
  • ölçmə proseslərinin izlənilməsi və nəticələrin saxlanılması.

SCADA (Avtomatika) sistemi əsasında su ehtiyatlarının idarə olunması sisteminin qurulmasının özəllikləri:

  • SCADA layihələndirmə və quraşdırma işləri əsasında proseslərin avtomatlaşdırılması;
  • hidrotexniki qurğularda (kanallarda) irriqasiya qapılarının məsafədən idarə olunması;
  • içməli suyun real vaxt rejimində davamlı olaraq məsafədən ölçülməsi və idarə olunması;
  • yeraltı suların anında fasiləsiz şəkildə məsafədən ölçülməsi (çay, kanal, göl, su anbarları və s.);
  • subartezian quyularının məsafədən müşahidəsi və idarə olunması;
  • rejim müşahidə quyularında məsafədən ölçmələrin izlənilməsi;
  • kanal sularına nəzarət və ölçmə stansiyaların SCADA sisteminin tətbiq edilməsi;
  • CİS (coğrafi informasiya sistemləri) və SCADA sistemlərinin inteqrasiyası və s.

Hərtərəfli və inteqrasiya olunmuş məlumat əsaslı nəzarət və monitorinq sistemi olan SCADA (Avtomatika) əsasında obyekt və ya müəssisənin bütün avadanlıqlarının idarə edilməsi, həmçinin istehsal planlaşdırılması mümkündür.

Dispetçer nəzarəti və verilənlərin toplanması sənaye müəssisələrində istehsalat proseslərini məsafədən və real vaxt rejimində müşahidə etməyə imkan verir. Verilənlərin toplanılması və emalı, insan-maşın interfeysi vasitəsilə cihazlar arasında qarşılıqlı əlaqələrin qurulması, hadisələrin qeydə alınması imkanlarına malikdir. Bu işlərin məntiqi qurulması üçün SCADA layihələndirmə işləri olduqca önəmlidir.

Bu sistemlər sənaye müəssisələri üçün çox vacibdir. O, səmərəlilik məqsədilə ağıllı qərarlar vermək üçün verilənləri emal edir və boşdayanma prosesini aradan qaldırır. SCADA sistemləri, sənaye müəssisələrində səmərəliliyi idarə etməkdə əvəzolunmazdır. Enerji səmərəliliyini artıraraq və su quyularının bütün şəbəkələrinin təmir xərclərini azaldaraq, nasos və sulu təbəqənin istismarını idarə etmək imkanlarına malikdir.

SCADA PLC HMI Çirkab sutəmizləyici qurğular ərazisi avtomatika scada layihələndirmə     

 

 

 

 

 

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat