SCADA (AVTOMATİKA) | CASPIAN GEOMATICS

PLC (Programmable Logic Controller), SCADA (Avtomatika) və HMI (Human-Machine Interface)

SCADA (Avtomatika) üzrə CASPIAN GEOMATICS şirkətinin müxtəlif sektorlar üzrə xidmətləri mövcuddur. Şirkət SCADA  layihələndirmə və tam icra xidmətlərini göstərir. SCADA (Supervisory Control And Data Acquisition) idarə edilən obyekt barədə informasiyaların toplanması, işlənməsi, təsvir edilməsi və arxivləşdirilməsi sistemlərinin işlənib hazırlanması və onların real vaxt rejimində fəaliyyətini təmin edir.

PLC avtomatlaşdırmada geniş istifadə olunan texnologiyadır. Bu, müxtəlif prosesləri və maşınları idarə etmək üçün xüsusi kompüterdən istifadə etməyi əhatə edir. PLC-nin avtomatik idarəetmə prinsipi xüsusi tapşırıqları icra edir.

HMI insan-maşın interfeysi üzrə proqram əsasında müvafiq cihazlarla qarşılıqlı əlaqəni yaratmaq üçündür. HMI SCADA sisteminin iş stansiyası üzrə nəzarət və idarəetmə imkanları mövcuddur.

SCADA sistemini yaratmaqla yataqların istismarı, hasil olunan neft və qazın emalı, saxlanılması, nəqli və aparılan texnoloji proseslərin vizualizasiyası həyata keçirilir. Sistem vasitəsilə baş verə bilən riskləri minimum həddə endirmək üçün proseslərə real vaxt rejimində nəzarət və məsafədən idarə etmək mümkün olur. Sistemin tətbiqi xərclərin azaldılması və istehsalın artımına da imkan verir.

CASPIAN GEOMATICS şirkəti ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və müasir texnologiyaların tətbiqi ilə su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində xidmətlər göstərir. Bu istiqamətdə SCADA sisteminin qurulması, mərkəzdən idarə olunma ilə subartezian quyularına videomüşahidə ilə nəzarət etmək, quyuları işə salmaq, suvarma başa çatdıqda söndürülməsi mümkün olur. Sistem əsasında əllə nəzarət, avtonəzarət və zamanlı nəzarət rejimləri mövcuddur. Əllə nəzarət rejimində quyunu nəzarətçi işə sala və ya söndürə bilər. Avtonəzarət rejimində quyunun işə salınması və söndürülməsi mərkəzdən həyata keçirilir. Zamanlı nəzarət rejimində isə quyu əvvəlcədən müəyyən olunmuş zaman müddətində işləyir, vaxt tamam olanda avtomatik sönür. Bu sistemlə elektrik enerjisi sərfiyatına, quyudakı suya və nasosa nəzarət etmək olur, su itkisinin qarşısı alınır.

Sistemin tətbiq sahələri:

  • ekoloji monitorinqin aparılması
  • su ehtiyatlarının idarə edilməsi
  • torpaqların meliorativ tədqiqatları
  • qida sektoru
  • kənd təsərrüfatı
  • su və tullantı sularının idarə edilməsi
  • neft-qaz sahəsi (kəmərlərin monitorinqi və s.)
  • nəqliyyat
  • hidrotexniki qurğular
  • enerji
  • istehsal sahələri
  • elektrik enerjisi
  • tullantıların emalı və s.

SCADA (Avtomatika) üstünlükləri:

  • müxtəlif qurğulardan məlumatların toplanılması;
  • informasiyanın arxivləşdirilməsi və saxlanılması;
  • proseslərin vizuallaşdırılması;
  • idarəetmə alqoritmlərinin riyazi və məntiqi hesablamaların realizasiyası, idarəedici təsirin obyektə göndərilməsi;
  • sənədləşmə (texnoloji və idarəetmə prosesləri), çapa ötürmə;
  • şəbəkə funksiyaların yerinə yetirilməsi;
  • sistemi müdaxilədən qoruma, siqnal vermə;
  • məlumatların çevik mübadiləsi;
  • proqramlar arası çevik informasiya mübadiləsi;
  • sərfiyyatın və hesabatın operativ aparılması;
  • isitmə, isti-soyuq su və elektrik təchizatı üzrə texniki parametrlərə nəzarət;
  • qurğu və avadanlıqlarla bağlı yaranan nasazlığın avtomatik qeydiyyatı;
  • prosesləri məsafədən idarəetmə və müşahidə;

SCADA və CİS əsasında su ehtiyatlarının idarə olunması sisteminin qurulmasında xüsusi özəllikləri mövcuddur:

  • hidrotexniki qurğularda (kanallar və s.) irriqasiya qapılarının məsafədən idarə olunması;
  • içməli suyun real vaxt rejimində davamlı olaraq məsafədən ölçülməsi və idarə olunması;
  • yeraltı suları fasiləsiz məsafədən ölçmə (çay, kanal, göl, su anbarları);
  • subartezian quyularının məsafədən müşahidəsi və idarə olunması;
  • rejim quyularda məsafədən ölçmə;
  • kanal sularına nəzarət, SCADA sistemi;
  • CİS (coğrafi informasiya sistemləri) və SCADA sistemlərinin inteqrasiyası;
  • meliorativ vəziyyətin nəzarət sistemi;
  • su ehtiyatları, inteqrasiyalı idarəetmə;
  • SCADA və CİS inteqrasiyası əsasında su obyektlərinin istifadəsi və mühafizəsi üzərində vahid nəzarətetmə sisteminin yaradılması;
  • SCADA-CİS əsasında subartezian və artezian quyuların istifadəsi, mühafizə nəzarət sisteminin yaradılması;
  • SCADA-CİS inteqrasiyası, hidrotexniki qurğu istismarının avtomatlaşdırılması;
  • Müasir yanaşmalar və materiallar üzrə su itkilərinin minimuma endirilməsi;
  • Su və su təsərrüfatı obyektlərində, hidrotexniki qurğularda, həmçinin su təchizatı sistemlərində monitorinq sisteminin qurulması və s.

Hərtərəfli və inteqrasiya olunmuş məlumat əsaslı nəzarət və monitorinq sistemi olan SCADA üzrə bir obyektin və ya müəssisənin bütün avadanlıqlarının idarə edilməsi, həmçinin istehsal planlaşdırılması mümkündür.

Dispetçer nəzarəti və verilənlərin toplanılması sənayedə istehsalat proseslərini məsafədən və real vaxt rejimində müşahidə etməyə imkan verir. Verilənlərin toplanması və emalı, insan-maşın interfeysi əsasında cihazlar arası əlaqələrin qurulması, hadisələrin qeydiyyatı mümkün olur.

Bu sistemlər sənaye müəssisələri üçün vacibdir. SCADA səmərəlilik məqsədilə ağıllı qərarlar vermək üçün verilənləri emal edir və boşdayanma prosesini aradan qaldırır. SCADA (avtomatika) müəssisədə səmərəliliyi idarə edir. Enerji səmərəliliyini artırır və quyuların bütün şəbəkələrinin təmir xərclərini azaldır, nasosun və sulu təbəqənin istismarını idarə edir və optimallaşdırma imkanları yaradır.

PLC (Programmable Logic Controller), SCADA (avtomatika) və HMI (Human-Machine Interface)

SCADA PLC HMI Çirkab sutəmizləyici qurğular ərazisi avtomatika

 

 

 

 

 

   

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat