Mühəndis-geodeziya ölçmələri və topoqrafik planalma işləri üzrə CASPIAN GEOMATICS MMC ilə müqavilə imzalanmışdır. İcra olunan işlər SOCAR Karbamid Zavodunda yerinə yetirilmişdir.
SOCAR Karbamid Zavodu
Ölkəmizin karbamidə tələbatı SOCAR-ın Karbamid zavodu tərəfindən təmin edilir. Təməli 2011-ci ildə qoyulan Karbamid zavodunun açılış mərasimi 16.01.2019 tarixində Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə baş tutub. SOCAR-ın Karbamid zavodu, istismara verildiyi dövrdə ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olub. Zavod il ərzində 435 milyon m³ təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malikdir. Zavod istismara verilənədək azot gübrələri Azərbaycana idxal edilirdi. Hazırda bu müəssisə həm daxili bazarın tələbatını tam ödəyə bilir, həm də istehsal etdiyi məhsulun 70%-dən çox hissəsini ixrac edir. Nəticədə daha əvvəl idxal üçün sərf edilən milyonlarla valyuta vəsaiti ölkədə qalır, eyni zamanda ölkənin qeyri-neft ixrac gəlirlərini artırır.
Zavod layihəsi cənab Prezidentin 25 avqust 2008-ci il tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilib.
Layihənin icrası 2014-cü ilin fevralından başlanmış və 2019-cu ilin əvvəlində SOCAR-ın Karbamid zavodu istismara verilmişdir. Ümumi ərazisi 39.27 hektardır.
Layihənin Mühəndislik, Satınalma və Tikinti (MST) işlərini Samsung Engineering Co, Ltd. şirkəti həyata keçirib. Ammonyak istehsalını Danimarkanın Haldor Topsoe, karbamid istehsalını Nidderlandın Stamicarbon B.V şirkəti qurmuşdur.
Qeyd edək ki, layihə üzrə CASPIAN GEOMATICS MMC mühəndis-geodeziya ölçmələri və topoqrafik planalma işləri icra etmiş, həmçinin məsləhət xidmətləri göstərmişdir.
MÜHƏNDİS-GEODEZİYA ÖLÇMƏLƏRİ VƏ TOPOQRAFİK PLANALMA İŞLƏRİ (SOCAR KARBAMİD ZAVODU)