CİS texnologiyaları üzrə göstərilmiş xidmətlər əsasən CAD əsaslı layihə cizgilərinin detallı olaraq bütün elementləri daxil geoməlumat bazasının qurulmasından ibarət olmuşdur. Çoxsaylı layihə cizgilərində təsvir olunmuş bütün elementlər CİS mühitinə konvertasiya edilmiş, həmçinin bütün elementlər geoməlumat bazasına əlavə olunmuşdur. “Abşeron Yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri” layihəsinin Master Planı üzrə bütün CAD cizgiləri detallı təhlil edilmişdir. Nəticədə, GIS xidmətləri üzrə qarşıya qoyulan məsələlər öz həllini tapmışdır.
Layihə cizgiləri üzrə geoməlumat bazasının qurulması işləri CASPIAN GEOMATICS MMC tərəfindən 4 ay müddətinə icra edilmişdir. Nəticədə, geoməlumat bazasının struktur layihəsi işlənilmişdir. Bundan əvvəl “Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Plan”ının təqdimatı keçirilmişdir.
Master Plan
“Master Plan”ın standartlara uyğun yenidən qurulması üçün təcrübəli şirkətlərin iştirakı ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla hazırlanıb. Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Böyük Bakının Regional İnkişaf Planı”, Dövlət Statistika Komitəsinin və s. qurumların məlumatları nəzərə alınıb. “Master Plan” hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizm, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və s. əsas götürülüb.
Əsas məqsəd olaraq “Master Planı”na uyğun Abşeron yarımadası əhalisinin fasiləsiz və təhlükəsiz su təminatı prioritet götürülmüşdür. “Master Plan” hazırlanarkən əsas hədəf olaraq aşağıdakılar qəbul edilmişdir:
– fasiləsiz su təchizatı sistemi;
– tullantı suların toplanması, təmizlənmə, axıdılma;
– yağış sularının idarə olunması;
– ekoloji vəziyyətin qiymətləndirilməsi.
Respublikanın paytaxtında kanalizasiya sistemləri ilə bağlı problemlər 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Master Planı çərçivəsində həlli nəzərdə tutulub. Abşeron yarımadasının bütün inzibati rayonları üzrə layihə sənədləri tam hazırlanmış, bu işlərin mərhələlərlə icrası üçün maliyyə vəsaiti ayrılmış və işlər davam etməkdədir. Layihəyə müvafiq olaraq Abşeron yarımadasında Xəzər dənizinin sahili boyunca tullantı sularının təmizlənməsi üçün təmizləyici qurğuların inşası da nəzərdə tutulub.
Master Planda intensiv yağışlar zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün də həll yolları təklif olunmuşdur.
ABŞERON YARIMADASI İÇMƏLİ SU, KANALİZASİYA VƏ YAĞIŞ SULARI SİSTEMLƏRİ ÜZRƏ CİS XİDMƏTLƏRİ
“Abşeron Yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri” layihəsinin Master Planı üzrə GIS xidmətləri CASPIAN GEOMATICS MMC şirkəti tərəfindən icra olunmuşdur. Bu məqsədlə, ikitərəfli müqavilə imzalanmışdır.