Caspian Dream Liner Sea Breeze Resort layihəsi

CASPIAN DREAM LINER SEA BREEZE RESORT LAYIHƏSİ ÜZRƏ BATİMETRİK TƏDQİQATLAR

Caspian Dream Liner Sea Breeze Resort layihəsinin icrası məqsədilə Xəzər dənizi hövzəsinin Sea Breeze akvatoriyasında batimetrik tədqiqatların aparılması ilə bağlı müqavilə imzalanmışdır. Aparılmış batimetrik tədqiqatlarla bağlı iş həcmləri müvafiq icra qrafikinə, həmçinin SƏTƏM siyasətinə uyğun olaraq aparılmışdır.

CASPIAN GEOMATICS tərəfindən Caspian Dream Liner Sea Breeze Resort layihəsi çərçivəsində dəniz dibinin relyefi tədqiq olunmuşdur. Batimetrik və üçölçülü modelləşdirmə aparılmış, sahilyanı zonaların topoqrafiya ölçmələri yerinə yetirilmişdir. Dib relyefi modeli əsasında profillərin qrafik tərtibatı işləri yerinə yetirilmiş, rəqəmsal batimetrik xəritə tərtib edilmişdir. Batimetrik tədqiqatların aparılmasında müasir yanaşmalardan istifadə edilmişdir.

Caspian Dream Liner Sea Breeze Resort layihəsi

Bu layihə təkcə kurort şəhərinin deyil, bütün Xəzər sahilinin simvoluna çevrilmək üçün nəzərdə tutulmuş müasir memarlığın simvolik şah əsəridir. Möhtəşəm 11 mərtəbəli apart-otel açıq mavi dənizdə heyrətamiz şəkildə üzən layner formasında yaradılmışdır. Unikal layihə Azərbaycanın turizm tarixində yeni səhifə açır. Dünyanın hər yerindən turistləri cəlb edən əsas yerlərdən birinə çevrilmək üçün hər cür imkanlara malikdir. Möhtəşəm 11 mərtəbəli apart-otel açıq mavi dənizdə üzən layner formasında layihələndirilib.

Layihənin icrası üçün Xəzər dənizi Sea Breeze akvatoriyasında xüsusi süni ada salınıb. Üzgüçülük hovuzları və SPA kompleksləri, məşhur dünya brendlərinin butikləri və gözəllik salonları, premium restoranlar və sonsuz dənizə panoramik mənzərəsi olan dəbdəbəli “sky bar” kompleks memarlığı və infrastrukturu ilə bütün gözləntiləri üstələyir.

 

Caspian Dream Liner Sea Breeze Resort batimetriya batimetrik Caspian Geomatics Xəzər dənizi

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat