Azərbaycan Respublikası Abşeron rayonu, Hökməli qəsəbəsi tam orta məktəbin yenidən qurulması ilə bağlı mühəndisi geoloji və qrunt laboratoriya tədqiqatlarının aparılması məqsədi ilə CASPIAN GEOMATICS MMC şirkəti ilə əməkdaşlıq edilmişdir. Belə ki, Hökməli qəsəbəsi tam orta məktəbin yeni layihələndirilməsi və tikintisi üzrə mühəndislik xidmətlərinin göstərilməsi ilə bağlı PROKON MMC və CASPIAN GEOMATICS MMC arasında müqavilə imzalanmışdır.
Aparılmış mühəndis geologiya tədqiqatlarının əsas məqsədi ərazinin geoloji-litoloji quruluşun və hidrogeoloji şəraitin öyrənilməsindən, bünövrəaltı özülün əsasında yatan qruntlar üzrə fiziki-mexaniki xassələrin təyin olunmasından və qruntların dəmir-beton konstruksiyaya qarşı aqressivlik dərəcələrin tədqiq edilməsindən, ekzogen-geoloji proseslərin araşdırılmasından ibarət olmuşdur. Bu məqsədlə, ərazidə 23 ədəd geoloji quyu qazılmış, o cümlədən 9 geoloji quyu 12 m dərinlikdə, 5 geoloji quyu 11 m dərinlikdə, 7 geoloji quyu 10 metr dərinlikdə, 2 geoloji quyu 6 m dərinlikdə qazılmış və qazmanın ümumi həcmi 245 p.m təşkil etmişdir.
Yekunda mühəndis geoloji tədqiqata dair hesabat hazırlanmış və CASPIAN GEOMATICS MMC tərəfindən hesabata rəy alınması üçün Fövqəladə Hallar Nazirliyində müdafiə olunmuşdur.
PROKON MMC inteqrasiyalı infrastrukturun, sənaye müəssisələrin və obyektlərin tikintisi proseslərinin dizayn uyğunlaşdırılması, satınalma və tikintiyə qədər idarə olunması üzrə ixtisaslaşan Nobel Energy-nin törəmə şirkətidir. 2012-ci ildə yarandığı gündən etibarən PROKON beynəlxalq sənaye layihələri üçün peşəkar xidmətlər göstərir.
HÖKMƏLİ QƏSƏBƏSİ TAM ORTA MƏKTƏBİN YENİDƏN QURULMASI LAYİHƏSİNİN TƏDQİQAT İŞLƏRİ