Təlimlər ilkin olaraq CASPIAN GEOMATICS şirkətinin təşkilatçılığı ilə 28.11.2018 tarixində “CİS və Ətraf Mühit” Mərhələ I adlı təlimi ilə baş tutmuşdur. Təlimlər nəzəri və praktiki olmaqla aşağıdakı mövzuları əhatə etmişdir:
Layihə ərazisinin geoməlumat bazasının yaradılması.
Məkan məlumatlarının toplanılması, sistemləşdirilməsi və onların təhlili.
Məkan məlumatlarının strukturu.
Rastr və Vektor məlumatları.
Ətraf mühit məsələlərində rast və vektor yanaşmaları.
Koordinat sistemləri və proyeksiyalar.
Georeferensiya (transformasiya) məsələləri.
Digitalizasiya məsələləri (müfəssəl vektorlaşdırma) / Kağız xəritələrin elektronlaşdırılması.
Ətraf mühitin öyrənilməsində aerokosmik metodların tətbiqi.
Ətraf mühit xəritələrin tərtibində mövcud metodikalar.
Ağır metalların geoinformasiya modelləşdirilməsi və xəritələşdirilməsi.
Təbii su obyeklərinin dəyişmə dinamikasının modelləşdirilməsi və xəritələşdirilməsi metodları
Aproksimasiya məsələləri (Nizamsız triangulyasiya şəbəkəsi modeli və s.).
Ətraf Mühitin modelləşdirilməsi.
Üçölçülü (3D) modellərin qurulması.
Qeyd etməliyik ki, şirkətin peşəkar təlimçiləri Ətraf Mühit və Geomatika sahələrində olan aktual məsələləri tədqiq etməklə dinləyicilərin bilik və bacarıq ehtiyaclarını qarşılamaq üçün onları həm nəzəri, həm də praktiki biliklərlə təmin etməyə önəm verir. Eyni zamanda gənc tədqiqatçılar istehsalata cəlb edilir. Nəticədə onların praktik bilikləri zənginləşir və konkret bacarıqlara yiyələnirlər, sahədə və kameral şəraitdə qazanılan bilik və bacarıqları layihələrdə tətbiq etməklə təkmilləşirlər.
CASPIAN GEOMATICS təlimləri əsasən aşağıdakı sahələri əhatə edir:
CİS və Ətraf muhit
Geodeziya və Topoqrafiya
Məsafədən Zondlama
Landşaft dizayn
Memarlıq
3D modelləşdirmə və Vizualizasiya
Fotoqrammetriya
Kartoqrafiya
Layihələndirmə (Su təchizatı və kanalizasiya sistemləri və s.)
Hidrologiya və CİS
Ətraf mühitin modelləşdirilməsi
Layihələrin İdarə olunması
Təlimlərin sonunda iştirakçılar sərbəst şəkildə Ətraf Mühit mövzusunda bir sıra xəritələr tərtib etməyə nail olmuşlar və 3D modellərin qurulması biliklərinə yiyələnmişlər. Bundan başqa, təlim iştirakçıları georeferensiyanın bütün riyazi üsullarını və tətbiqi metodlarını öyrənmişlər. Təlim aktual mövzuları əhatə etdiyindən olduqca dinamik keçmiş və sonda dinləyicilər təlimi uğurla tamamladıqlarına görə onlara sertifikatlar təqdim olunmuşdur.
CASPIAN GEOMATICS Təlimlərə Start Verib