Batimetriya xidməti (Sonar ölçmələri)

HİDROQRAFİK ÖLÇMƏLƏR

Batimetriya xidməti (Side Scan Sonar ölçmələri) üzrə CASPIAN GEOMATICS geniş xidmətlər təklif edir. Xəzər dənizində, çay və göllərdə tərəfimizdən batimetrik və geofiziki tədqiqatlar aparılmışdır.

 

Batimetriya xidməti (Sonar ölçmələri) LIDAR side-scan sonar bathymetry

 

Metodiki olaraq, batimetriya və sonar ölçmələri apararkən sağ və sol bortlardan qoyulan məsafəyə baxılır. Korrelyasiya və interpretasiya aparılır, akustik təsvirlərdə naməlum sualtı obyektlər aşkar edilir və analiz olunur. Bu obyektlərə relyef daxil süxur çıxıntıları və kommunikasiyalar, daşlıqlar, dəmir-beton yığınları, borular və digər aiddir. Aşkarlanan obyekt hərtərəfli təhlil edilir. Təsvirdəki obyektlərin ölçüləri, konturları və koordinatları seçilir, xəritəyə köçürülür. Batimetriya və sonar tədqiqatları zamanı geodeziya təminatına baxılır, nəticədə batimetrik xəritə tərtib olunur.

Batimetriya və Sonar ölçmələri neft-qaz, su, elektrik xəttlərinin çəkiləcəyi zonalarda relyefin quruluşunu, mane olan obyektləri, boruların vəziyyəti və kəsişən yerləri təyin etməyə, çıxıntıları müəyyən etməyə, dibin akustik təsvirini əldə etməyə xidmət edir. Çimərliyin sualtı təhlilində də Sonar geniş tətbiq edilir. Batimetrik ölçmələr və Sonar çəkilişləri dib dərinləşdirmə işindən əvvəl cari vəziyyəti tədqiq etməyə də xidmət edir. Sualtı obyekt təyin edildikdə onun ölçüsü hesablanır və interpretasiya olunub xəritədə qeyd edilir (uzunluq, en və hündürlük).

Kəmərin alt hissəsində boşluqlar aşkar olunduqda onların uzunluq və yerdən kəmərə qədər hündürlük göstəriciləri qeydə alınır. Bərk süxur çıxıntıları konturla çəkilir. Özüllərin sualtı batmış və sınmış hissələri, tullantılar xəritəyə daxil edilir.

Batimetriya xidməti Side Scan Sonar

Batimetrik və Sonar ölçmə nəticələri

  • dib relyefi modeli və sualtı obyektlərin təsnifatı
  • profil qrafiki, batimetrik xəritə və həcmi hesablama
  • Sonar əsasında alınan mozaykalı akustik təsvirlər
  • Batimetrik tədqiqatlara dair hesabat və s.

 

Müasir texniki baza üzrə xidmətlər

  • batimetriya tədqiqatları, side-scan sonar ölçmələri, hidroqrafik xəritə tərtibi
  • limnoloji tədqiqatlar (limnologiya)
  • kompleks dəniz geodeziya xidmətləri
  • akustik təsvirlərin qurulması, modelləşdirmə
  • gəminin təhlükəsiz hərəkəti üçün axtarış işləri
  • batmış sualtı obyektin axtarışı, müqayisəli analiz
  • sualtı təhlükəli obyektin tanınması və təsnifatı
  • sahil idarəetmə tədqiqatları
  • su sərfi və səviyyə ölçmələrin aparılması

 

CASPIAN GEOMATICS şirkəti dəniz şelfində, göl və çaylarda, su anbarlarında kəşfiyyat işlərinin yerinə yetirilməsi üçün bütün imkanlara malikdir.


Həmçinin baxın:

Məsafədən Zondlama
Geologiya və Geofizika xidmətləri
CİS həlləri
Geodeziya və Fotoqrammetriya
Kartoqrafiya

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat