Məsafədən zondlama (məsafədən aerokosmik tədqiqat) üzrə yer səthi obyektlərinin şüalanmanı udması və əks etdirməsi əsas amillərdir. Fərqli obyektlərdə əks olma və udma xüsusiyyəti müxtəlif ola bilər. Gündüz yer səthi Günəş enerjisini udur və onu istiliyə çevirir. Torpaq və səth sular qızaraq temperaturlarını ətraf mühitə istilik İQ diapazonda verirlər. Verilən enerjinin miqdarı və intensivliyi şüalandırılan obyektin temperaturundan asılı olur. Yer səthinin obyektləri müxtəlif cür qızaraq istiliyi fərqli formada şüalandırırlar. Bu xüsusiyyət məsafədən aerokosmik tədqiqatlar üçün əhəmiyyət kəsb edir. Torpaq və bitki örtüyü, suyun spektral xassələri, əks etdirmə, udma və şüalandırma, onların üzərinə düşən işıq selinin dalğa uzunluğundan, fiziki-bioloji xüsusiyyətlərindən asılı olaraq dəyişir. Çəkilişlərdə surət və material və maddələrin tanınması, konturların ayrılması əldə olunur.
Cəmiyyətimiz məsafədən aerokosmik tədqiqat üsullarını fərqli sahələrdə tətbiq etmək imkanlarına malikdir. Bu sahələrə əsasən sahil idarəetmə, kənd təsərrüfatı, şəhərsalma, dağ-mədən və ətraf mühit aiddir. Hidroloji və ekoloji, su ehtiyatları, ekocoğrafi, geolandşaft, hidroqrafiya obyektlərinin tədqiqi, geoloji və ekogeomorfoloji tədqiqatlar üzrə məsafədən aerokosmik üsullarını daha geniş istifadə etməklə müxtəlif ayırdetməli aerokosmik təsvirlər əsasında struktur və proqnoz, alterasiya və təsnifat, həmçinin ətraf mühit xəritələrini tərtib edirik və hesabatlar hazırlayırıq.
Geodeziya və Fotoqrammetriya
Geologiya və Geofizika xidmətləri
CİS həlləri
Hidroqrafiya
Kartoqrafiya