Ətraf mühit sahəsində xidmətlərimizi təklif edirik.

  • ƏMTQ – Ətraf mühitə təsirlərin qiymətləndirilməsi
  • ətraf mühitin mühafizəsi və bərpası
  • ekosistem və aerokosmik monitorinq, CİS
  • ətraf mühit tədqiqatı və nəzarət
  • yeraltı və içməli suların monitorinqi
  • təbii ehtiyyatların idarə olunması
  • sahədə ekspedisiya tədqiqatı
  • çirklənmə və fəlakətlərin monitorinqi
  • həssas ərazilərin və risklərin qiymətləndirilməsi
  • geolandşaft strukturunun öyrənilməsi
  • ekocoğrafi və ekogeomorfoloji tədqiqatlar
  • şlam anbarlarının  parametrlərinin təyini
  • metokean və sedimentasiya tədqiqatı
  • geoloji və hidrogeoloji, geofiziki tədqiqatlar
  • dəniz (batimetrik) və torpaq tədqiqatları

Ətraf mühitə təsirlərin qiymətləndirilməsi

İnkişaf layihələrində ƏMTQ üzrə mühəndislik və məsləhət xidmətləri təklif edirik. CİS tətbiqi, ətraf mühit modeli və xəritə tərtibi üzrə təcrübəmizlə seçilirik. Belə ki, tərtib etdiyimiz çoxsaylı xəritələrə dinamik dəyişmə, PAH və TPH xəritələri, ağır və təhlükəli metallar, lil qatı, sedimentlər (dib çöküntüləri), təsnifat və ekoloji xəritələr, mühafizə, daşqın riskləri, bərpa-reabilitasiya, həssas ərazilər və qiymətləndirmə, fəlakət və təhlükələr, heyvanat aləmi, meşə örtüyü, atmosfer çirklənməsi, sanitar analiz, hidro-bioloji və ixtiyoloji tədqiqat, torpaqdan istifadə, infrastruktur, iqlim və s. xəritələr aiddir. CASPIAN GEOMATICS bu istiqamətdə çoxsaylı müqavilələrə imza atmışdır.

Ətraf mühitə təsirlərin qiymətləndirilməsi zamanı nəzərdə tutulan fəaliyyətin atmosferə, yerüstü və yeraltı sulara, torpaq qatına, bitki və heyvanat aləminə, bioloji müxtəlifliyə, əhalinin sağlamlığına və digər istiqamətlərə təsiri qiymətləndirilir.


Həmçinin baxın:

Geomatika xidmətləri
Geologiya və Geofizika xidmətləri
Hidroqrafiya xidmətləri
Konsultasiya xidmətləri
İT və sistem inteqrasiyası

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat