dron Əyriçay su anbarı SCADA layihələndirilməsi topoqrafik xəritə drone topographic map inventory SCADA system irriqasiya

ƏYRİÇAY SU ANBARI VƏ İRRİQASİYA KANALLARI ÜZRƏ GEODEZİYA ÖLÇMƏLƏRİNİN APARILMASI

SCADA PLC layihələndirmə, Geodeziya və DRON ölçmə işləri, topoqrafik xəritə tərtibatı, irriqasiya kanalları üzrə texniki inventarlaşdırma

Şəki rayonunda yerləşən Əyriçay su anbarının tikintisinin tamamlanma işlərini yerinə yetirmək məqsədi ilə ərazidə mühəndis axtarış işlərinin aparılması zərurəti yaranmışdır. Bu məqsədlə, “Əyriçay su anbarının tikintisinin tamamlanması üzrə layihə-smeta sənədlərinin hazırlanması” tenderi üzrə mühəndis axtarışları istiqamətində podratrçı şirkətlə ikitərəfli müqavilə imzalanmışdır. Eyni zamanda Əyriçay su anbarının və ətraf ərazilərinin yüksək dəqiqliyə malik böyük miqyaslı rəqəmsal topoqrafik xəritə tərtibatı yerinə yetirilmişdir. Bundan başqa, mövcud kanalların SCADA layihələndirilməsi məqsədi ilə və boru xətləri üzrə mühəndis topoqrafiya ölçmələri aparılmış, həm də, texniki inventarlaşdırma işləri icra edilmişdir. Mühəndis tədqiqatları çərçivəsində qarşıya qoyulan məsələlər icra qrafikinə uyğun və müasir yanaşmalardan istifadə etməklə öz həllini tapmışdır.

Həll edilmiş məsələlər:

  1. Əyriçay su anbarının və onun ətraf ərazilərinin DRON və baza rover sistemi əsasında topoqrafiya ölçmələrinin aparılması.
  2. Layihələndirilən irriqasiya kanallarının trassaları üzrə mühəndis topoqrafiya ölçmələrinin icrası.
  3. Mövcud irriqasiya kanalları üzrə SCADA PLC (Avtomatika) layihələndirilməsi məqsədi ilə topoqrafik ölçmələrin icrası və hidrotexniki qurğuların texniki inventarlaşdırılması (48.1 km).
  4. Boru xətlərinin topoqrafiya ölçmələri (7.7 km)
  5. Əyriçay su anbarının və Babaratma, Qaradağlı, Qudula, Şorsu, Cumakənd yaşayış sahələrinin, həmçinin irriqasiya kanallarının ortofoto tərtibi.
  6. Əyriçay su anbarı və ətraf ərazilərin, o cümlədən mövcud irriqasiya kanallarının topoqrafik xəritə tərtibatı.

Əyriçay su anbarı 17,2 min hektar əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün tikilmişdir. Hidroqovşağın tərkibinə bənd, tunel tipli qülləli suburaxan, daşqın sutullayıcısı və s. daxildir. Anbarın su tutumu 80,6 mln. kub m, faydalı həcmi 67 mln. kub m, su səthinin sahəsi 12 kv. km-dir. Torpaq bəndin hündürlüyü 23 m, üstdən uzunluğu 1,88 km-dir. Bəndin gövdəsinə 1,61 mln. kub m qrunt tökülmüş, 63,7 min kub m beton və dəmir-beton, 265 ton metal konstruksiyaları işlədilmişdir.

 

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat