CASPIAN GEOMATICS MMC 16 Fevral 2017-ci il tarixində təsis edilmiş, EL-26/2021 qeydiyyat nömrəli Lisenziya üzrə “Tikintisinə icazə tələb olunan bina və qurğuların kompleks mühəndis – axtarış işlərini" həyata keçirir.

Şirkətimiz, Alternativ Enerji, Tullantıların İdarə Olunması, İrriqasiya və Drenaj sistemləri, Su təchizatı, Neft-qaz sektoru, Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı, Ekosistemlər, Təbii ehtiyatlar, Şəhər planlaşdırılması, Turizm, Hidrotexniki qurğular, Ətraf Mühit və İnfrastruktur layihələri üzrə kompleks tədqiqat və mühəndis axtarış işlərini icra edir.

Biz “Fərdi məlumatın informasiya ehtiyatının formalaşdırılması və informasiya sisteminin yaradılması, xidmət göstərilməsi" lisenziyasına malikik. Şirkət ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və ISO 14001:2015 Ətraf Mühit İdarəetmə SistemiISO 45001:2018 Əməyin Mühafizəsi & Təhlükəsizliyi İdarəetmə Sistemi standartları üzrə sertifikatlara layiq görülüb.

CASPIAN GEOMATICS MMC Asiya İnkişaf Bankı (ADB), Dünya Bankı (WB), Avropa Yenidənqurma İnkişaf Bankı (EBRD) və digər beynəlxalq təşkilatların layihələrinin həyata keçirilməsində iştirak edir. Eyni zamanda, Cəmiyyət beynəlxalq şirkətlərlə, yerli Dövlət və özəl qurumlarla əməkdaşlıq edir. 

Heyət SƏTƏM üzrə beynəlxalq sertifikat və pasportlara, IMO model təlim sertifikatlarına malikdir. Biz SƏTƏM, fövqəladə hal, layihə idarəetmə, planlama, keyfiyyətə nəzarət üzrə yanaşmalara malikik.

İstənilən məsələnin müasir yanaşma əsasında həlli və vaxtında icrası hər Sifarişçi üçün maraq kəsb edir. Heyət layihə və tədqiqat işlərini tam və dolğun şəkildə, həmçinin məntiqi sonluqla yerinə yetirir. 

CASPIAN GEOMATICS

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat