Seabreeze Batimetriya Sonar batimetrik ölçmə bathymetry hydrographic echo sounder survey 3D

“SEA BREEZE” AKVATORİYASINDA “AYPARA” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ APARILMIŞ BATİMETRİK TƏDQİQAT

Hidroqrafik exolot əsasında batimetriya ölçmələri, batimetrik xəritə tərtibatı və dəniz dibi modeli, naviqasiya sistemi, CİS.

Sea Breeze akvatoriyasında inşa olunan “Aypara” obyekti üzrə batimetrik və topoqrafik ölçmələrin aparılması məqsədilə podratçı təşkilatla müqavilə imzalanmışdır. CASPIAN GEOMATICS tərəfindən dəniz hövzəsində hidroqrafik exolot vasitəsi ilə batimetrik ölçmələr aparılmış, sahilyanı ərazilərin topoqrafik ölçmələri icra edilmişdir. Dəniz dibinin batimetrik modeli qurulmuş və dib relyefinin profilləri üzrə qrafiki tərtibat işləri icra edilmişdir.

Zəruri olaraq SƏTƏM (HSE) tədbirlər planı üzrə risk meyarlarına baxılmış, təhlükə faktorları aşkara çıxarılmışdır. Təhlükə yarada bilən faktorlar qeydə alınmış və risklər minimum səviyyəyə salınmışdır. Metodiki olaraq, hidroqrafiya exolotu əsasında batimetriya ölçmələri zamanı meteoroloji amillər nəzərə alınmış və görülmüş işlər icra qrafikinə uyğun yerinə yetirilmişdir.

Həll edilmiş məsələlər:

  • mühəndis geodeziya ölçmələrin aparılması;
  • istinad məntəqələrin quraşdırılması, koordinat və yüksəklik göstəricilərinin təyini;
  • sahilyanı sahənin topoqrafik ölçmələri;
  • dəniz hövzəsində hidroqrafik exolot vasitəsi ilə qalslar üzrə batimetrik ölçmələrin aparılması;
  • batimetriya xəritə və modelin işlənilməsi;
  • dəniz dibi üçölçülü modelin qurulması;
  • dib relyefi əsasında profillərin qrafik tərtibatı;
  • coğrafi informasiya sisteminin qurulması;
  • texniki hesabatın hazırlanması.

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat