Məsləhət xidmətləri üzrə CASPIAN GEOMATICS şirkəti Sizinlə aşağıdakı istiqamətlərdə əməkdaşlıq etməyə hazırdır:
- texniki iqtisadi əsaslandırma
- ətraf mühitə təsirlərin qiymətləndirilməsi
- layihələrin idarə olunması
- mühəndis axtarış işləri / xidmətləri
- fəaliyyət sahələrimiz üzrə texniki dəstək
- geologiya və geofizika, hidrogeologiya, hidrologiya
- su ehtiyatlarının öyrənilməsi üzrə məsləhət
- geolandşaft strukturunun öyrənilməsi
- ekocoğrafi və ekogeomorfoloji tədqiqatlar
- təbii-dağıdıcı hidrometeoroloji hadisələr
- çay hövzələrinin hidroekoloji tədqiqi
- sel və daşqınlar, mühəndis mühafizə qurğuları
- coğrafi informasiya sistemləri
- məsafədən zondlama və fotoqrammetriya
- geodeziya və kartoqrafiya üzrə məsləhətlər
- batimetriya tədqiqatları
- modelləşdirmə üzrə məsləhət
- sistem inteqrasiyası / verilənlər bazası layihələndirilməsi
Cəmiyyətimizin fəaliyyət sahələrindən biri tikinti ərazisi daxilində obyektlərin layihələndirilməsi və məlumatların hazırlanması, torpaq sahələrinin səmərəli və təhlükəsiz istifadəsi üçün təbii şəraitin və texnogen təsir amillərinin kompleks şəkildə öyrənilməsidir. CASPIAN GEOMATICS geodezik məntəqələr (mərkəzlər) yaratmaq, mədən-qazma işləri aparmaq (buruq quyuları və şurf qazılması), stasionar müşahidə şəbəkələri yaratmaq, torpaq və qruntlardan, havadan, səthi və yeraltı sulardan, atmosfer yağıntılarından və sənaye tullantılarından nümunələr götürmək, bağlanan müqavilənin şərtlərinə uyğun olaraq mühəndis-axtarış işlərinin aparılması üçün lazım olan hazırlıq və əlaqədar işləri (meydançanın təmizlənməsi və planlaşdırma, nişanlamaların quraşdırılması, sukənarlaşdırıcıların və novların yerləşdirilməsi, yolların, keçidlərin, bərələrin və digər müvəqqəti qurğuların inşası) icra etmək hüququna malikdir.
Bina və qurğular inşa, əsaslı təmir, yenidənqurma və bərpa edildikdə mühəndis-axtarış işləri bina və qurğuların dayanıqlılığını, etibarlılığını və istismara yararlılığını artırmaq, sağlamlığı qorumaq və zəruri halda layihə və işçi sənədlərdə dəyişikliklər barədə qərarların qəbulu, bina və qurğuların bünövrələrinin vəziyyətinin, inşa edilən, yenidən qurulan, təmir edilən bina və qurğularda, eləcə də yanaşı ərazilərdəki bina və qurğularda baş verən çökmə və deformasiyanın qiymətləndirilməsini təmin edən material və məlumatları əldə etmək (toplamaq) məqsədi ilə aparılır. Cəmiyyətimiz bu və digər istiqamətlər üzrə çoxsaylı layihələrə imza atmaqla bölgələrdə geniş miqyaslı tədqiqatlar aparır.
Həmçinin baxın:
Geomatika xidmətləri
Ətraf mühit xidmətləri
Geologiya və Geofizika xidmətləri
Hidroqrafiya xidmətləri
İT və sistem inteqrasiyası