“Azərkosmos” ASC keçirilən müsabiqənin nəticələrini elan edib

Bakı, 18 iyul 2018 “Azərkosmos” ASC növbəti dəfə – 2018-2019-cu illər üzrə keçirdiyi “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsinin nəticələrini elan edib.

Müsabiqəyə təqdim edilən layihələr ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, Azersky peykindən alınan məlumatların yaradıcı formada istifadəsi və təklifin icrasının mümkünlüyü və innovativlik meyarlarına əsasən qiymətləndirilib. Qaliblərin adları 18 iyul 2018-ci ildə “Azərkosmos” ASC-də keçirilən müsabiqənin yekunlarına həsr olunmuş seminar zamanı açıqlanıb. Təqdim olunan təkliflərdən qiymətləndirmənin bütün meyarlarına cavab verən səkkiz təklif qalib seçilib. Qalib təşkilatların sırasında CASPIAN GEOMATICS şirkəti də yer almışdır. İştirakçıların sorğusuna əsasən Azersky peyki vasitəsilə əldə olunan təsvirlər tədbir zamanı qaliblərə təmənnasız təqdim olunub.

Qalib layihələrin hesabat sənədlərində əsasən, Azərbaycanın dağlıq ərazilərində torpaq, kənd təsərrüfatı və meşə resurslarının dinamikasının qiymətləndirilməsi, çay daşqınları və onların fəsadlarının proqnozlaşdırılması, Abşeron göllərinin ekoloji vəziyyəti və dəyişmə dinamikası, sahil xəttində neft hasilatı zamanı neftlə çirklənmiş torpaq ərazilərinin spektral xarakteristikaları, qar-su ehtiyatının proqnozlaşdırılması və digər məsələlərin Azersky – Yer səthinin məsafədən müşahidəsi peykindən əldə edilən peyk təsvirləri vasitəsilə öyrənilməsi öz əksini tapacaq və daha sonra əldə olunmuş elmi nəticələr ictimaiyyətə açıqlanacaq.

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat