CİS təlimi ətraf mühit

CASPIAN GEOMATICS CİS VƏ ƏTRAF MÜHİT TƏLİMİNƏ BAŞLADI

CASPIAN GEOMATICS şirkətinin təşkilatı rəhbərliyi ilə 28.11.2018 tarixində CİS və Ətraf Mühit təlimi Mərhələ I baş tutmuşdur.  CİS və Ətraf Mühit təlimi nəzəri və praktiki olmaqla aşağıdakı mövzuları əhatə etmişdir:

  • Layihə ərazisinin geoməlumat bazasının yaradılması.
  • Məkan məlumatlarının toplanılması, sistemləşdirilməsi və onların təhlili.
  • Məkan məlumatlarının strukturu.
  • Rastr və Vektor məlumatları.
  • Ətraf mühit məsələlərində rast və vektor yanaşmaları.
  • Koordinat sistemləri və proyeksiyalar.
  • Georeferensiya (transformasiya) məsələləri.
  • Digitalizasiya məsələləri (müfəssəl vektorlaşdırma) / Kağız xəritələrin elektronlaşdırılması.
  • Ətraf mühitin öyrənilməsində aerokosmik metodların tətbiqi.
  • Ətraf mühit xəritələrin tərtibində mövcud metodikalar.
  • Ağır metalların geoinformasiya modelləşdirilməsi və xəritələşdirilməsi.
  • İnfrastruktur xəritələrinin işlənilməsi texnologiyaları.
  • Təbii su obyeklərinin dəyişmə dinamikasının modelləşdirilməsi və xəritələşdirilməsi metodları
  • Aproksimasiya məsələləri (Nizamsız triangulyasiya şəbəkəsi modeli və s.).
  • Ətraf Mühitin modelləşdirilməsi.
  • Üçölçülü (3D) modellərin qurulması.

Qeyd etməliyik ki, şirkətin peşəkar təlimçiləri Ətraf Mühit və Geomatika sahələrində olan aktual məsələləri tədqiq etməklə dinləyicilərin bilik və bacarıq ehtiyaclarını qarşılamaq üçün onları həm nəzəri, həm də praktiki biliklərlə təmin etməyə önəm verir. Eyni zamanda gənc tədqiqatçılar təmənnasız istehsalata cəlb edilir.  Nəticədə onların praktik bilikləri zənginləşir və konkret bacarıqlara yiyələnirlər, sahədə və kameral şəraitdə qazanılan bilik və bacarıqları layihələrdə tətbiq etməklə təkmilləşirlər.

 

coğrafi informasiya sistemləri təlimi

 

 

 

 

 

 

 

 

 

 

 

CASPIAN GEOMATICS çox az sayda təlimlər təşkil etsə də təlimlərin əsas mövzuları:

  1. CİS və Ətraf muhit
  2. Geodeziya və Topoqrafiya
  3. Məsafədən Zondlama
  4. Fotoqrammetriya
  5. Kartoqrafiya və onun dizayn əsasları
  6. Hidrologiya və CİS
  7. Ətraf mühitin modelləşdirilməsi

cis və ətraf mühit təlimi

Təlimin sonunda iştirakçılar sərbəst şəkildə Ətraf Mühit mövzusunda bir sıra xəritələr tərtib etməyə nail olmuşlar və modellərin qurulması üzrə xüsusi biliklərə yiyələnmişlər. Bundan başqa, təlim iştirakçıları georeferensiyanın riyazi üsullarını və tətbiq metodlarını öyrənmişlər. Təlim aktual mövzuları əhatə etdiyindən olduqca dinamik keçmiş və sonda dinləyicilər təlimi uğurla tamamladıqlarına görə onlara sertifikatlar təqdim olunmuşdur.

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat