EKOLOJİ LAYİHƏNİN İCRASI İLƏ BAĞLI İLKİN TƏLİM BARƏDƏ
Cəmiyyətin “Abşeron göllərinin ekoloji vəziyyəti və dəyişmə dinamikasının modelləşdirilməsi” layihəsi üzrə ilk təlimi baş tutdu.
Təlim zamanı coğrafi informasiya sistemləri əsasında göllərin modelləşdirilməsi məsələləri şərh olunmuşdur. Qeyd edək ki, təlim iştrakcıları arasında könüllülər də yer almışlar. Tədbirin əsas məqsədi layihənin icra olunması prosedurlarının izah edilməsindən, qarşıda duran məsələlərin optimal həll üsullarının şərhindən ibarət olmuşdur. Məzmun olaraq təlimdə peyk şəkillərin əldə olunması, georeferensiyası, mənbələrin düzgün istifadəsi, xəritə tərtibi və digər məsələlərə baxılmışdır. Bu layihə Azərkosmos ASC-nin “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin 2018-2019 illərdə keçirilən mərhələsinə aiddir. Təklif olunan layihə üzrə hazırda işlər davam etdirilir.