Ekoloji Layihənin İcra Mərhələləri İlə Bağlı İlk Təlim Baş Tutdu

CASPIAN GEOMATICS  şirkətinin “Abşeron göllərinin ekoloji vəziyyəti və dəyişmə dinamikasının modelləşdirilməsi” layihəsi üzrə ilk təlimi baş tutdu.

Təlim zamanı coğrafi informasiya sistemləri əsasında göllərin modelləşdirilməsi məsələləri şərh olunmuşdur. Qeyd edək ki, təlim iştrakcıları arasında könüllülər də yer almışlar. Tədbirin əsas məqsədi layihənin icra olunması prosedurlarının izah edilməsindən, qarşıda duran məsələlərin optimal həll üsullarının şərhindən ibarət olmuşdur. Məzmun olaraq təlimdə peyk şəkillərin əldə olunması, georeferensiyası, mənbələrin düzgün istifadəsi, xəritələşdirmə və s. məsələlərə toxunulmuşdur. Qeyd edək ki, bu layihə Azərkosmos ASC-nin “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin 2018-2019-cu illər üzrə keçirilən mərhələsinə aiddir. Təklif olunmuş layihə müsabiqədən keçmişdir və hazırda işlər davam etdirilir.

 

 

 

 

 

 

 

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat