Su dövranının monitorinqində peyk texnologiyalarının tətbiqi

CASPIAN GEOMATICS heyəti “Su dövranının monitorinqində peyk texnologiyalarının tətbiqi“ mövzusunda olan təlimdə iştirak etmişlər. Qeyd edək ki, əməkdaşımız bu təlimim təşkil olunmasında rolu olan Xəzər Bölgəsinin Davamlı İnkişafı üzrə Beynəlxalq İşçi Qrupunun üzvü seçilmişdir. Təlim 13.09.2018 tarixində Holiday Inn-də təşkil olunmuşdur. Təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Xəzər Bölgəsinin Davamlı İnkişafı üzrə Beynəlxalq İşçi Qrupunun nümayəndələri (IWG SDCSR), BP nümayəndəsi, o cümlədən Milli Aerokosmik Agentliyinin məsafədən aerokosmik tədqiqatlar ixtisası üzrə doktorantları, universitet tələbələri iştirak etmişlər. Təlim 4 hissədən ibarət olmuşdur:

 

– Göllər və çayların altimetriyası üzrə ümumi məlumat

– Su səviyyələrinin monitorinqi üçün peyk altimetrindən istifadə. MAPS proqramı nümunəsində 3 Sessiya üzrə praktiki təlim

– Su səviyyələrinin monitorinqi məqsədi ilə peyk altimetrindən istifadə. MAPS proqramı nümunəsində 3 Sessiya üzrə praktiki təlim

– Su səviyyələrinin monitorinqi məqsədi ilə peyk altimetrindən istifadə. MAPS proqram təminatı nümunəsində 3 Sessiya üzrə praktiki təlim

Təlimdə statistik məlumatlar əsasında su səviyyəsinin dövrü məlumatlarının əldə edilməsi məsələlərinə baxılmış, radar çəkilişlərininə əsaslanmış bir sıra göl və çay obyektləri timsalında praktiki təlimlərin aparılmasına nail olunmuşdur.

Təlimçi Dr. Jean-François Crétaux qonaqların suallarını cavablandırmış, tədbirin sonunda təlim iştirakçıları xatirə şəkilləri çəkdirmişlər.

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat