Hidrogeoloji tədqiqat su təminatı məqsədi ilə Xəzər rayonu Qala qəsəbəsində aparılmışdır. Hidrogeoloji işlər üzrə sahədə suyun yatım layları müəyyən olunmuş və ərazidə su təminatı yaxşılaşdırılmışdır.
Texniki tapşırığa əsasən hidrogeoloji tədqiqatlar icra edilmiş, suyun yatım layları təyin olunmuşdur. Fond materiallarına müraciət olunmuş, geologiya və hidrogeologiya üzrə əvvəlki illərə aid məlumatlar toplanılmış, kartoqrafik materiallara baxılmış, ərazi geniş tədqiq olunmuşdur. İşçi qrupu tərəfindən yeraltı su laylarının yatma dərinliyi və qalınlıqları təyin edilmiş, parametrlər hesablanmışdır.
Hidrogeoloji tədqiqat zamanı su mənbələrinin yerləşən sahələri, süxurların yaşı, suların sərfi, kimyəvi tərkibi öyrənilmişdir. Su təminatının yaxşılaşdırılması üçün qazılacaq quyu yeri müəyyən olunmuşdur. Nəticədə, quyuda suların statik və dinamik səviyyələri, səviyyənin enməsi müəyyən edilmişdir. Əlavə olaraq, hidrogeoloji parametrlərin təyini üçün quyularda təcrübi işlər aparılmış, səviyyələrin dəyişməsi üzərində sınaq işləri yerinə yetirilmişdir.
Hidrogeologiya tədqiqatları
Qeyd edilməlidir ki, yeraltı sular ümumi su ehtiyatının əsas hissəsini təşkil edir və əlverişli geoloji-struktur şəraitdə toplanır. Belə sahələr yeraltı su yatağı adlandırılır. Yeraltı suların tədqiq olunmasında əsas hidrogeoloji tədqiqatların növləri məsələnin xarakterindən, miqyasından və spesifik olmasından, yatağın öyrənilməsindən, mürəkkəb olmasından və təbii şəraitdən, layihələndirilən tədqiqatın icrasının konkret texniki – iqtisadi göstəricilərindən asılı olaraq təyin edilir. Praktiki olaraq, bütün hallarda yeraltı suların öyrənilməsi hidrogeoloji və digər tədqiqat növlərini özündə birləşdirən mürəkkəb kompleks tədqiqat kimi özünü büruzə verir.
Hidrogeoloji tədqiqatlar üzrə planalmanın dərinliyi onun miqyası, relyefin parçalanma dərəcəsi, kristallik əsasın susuz qatının tavanının yatım dərinliyi, geoloji kəsilişin öyrənilən hissəsində süxurların sulanma şəraiti, ərazinin mənimsənilmə dərəcəsi və s. amillərlə müəyyən olunur. Planalma zamanı tədqiqatın dərinliyi daha geniş götürülür. Bu, xəritələnən sulu qatın çöküntülərinin altında yerləşən yeraltı sularla hidravlik əlaqəsinin müəyyən edilməsi üçün vacib hesab olunur. Bu məsələlərin həlli üçün fərqli nöqtələrdə bir neçə dərin quyunun qazılması və müvafiq geofiziki tədqiqatların aparılması tələb oluna bilər. Ümumi halda, hidrogeoloji planalmanın miqyası nə qədər kiçik olarsa, onun proqnoz əhəmiyyəti bir o qədər böyük olur. Bu halda müxtəlif miqyaslı planalmalar arasında dərinlik üzrə ardıcıllıq təmin olunur.
XƏZƏR RAYONUNUN İÇMƏLİ SU TƏCHİZATI ÜZRƏ HİDROGEOLOJİ TƏDQİQATLARIN APARILMASI

https://caspiangeomatics.com/