Coğrafi informasiya sistemləri (CİS) əsasında ortofotoplan və kartoqrafik verilənlər üzrə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının məlumat bazası qurulub.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə görülən zəruri işlər icra qrafiklərinə uyğun və planlaşdırılmış şəkildə yerinə yetirilir. Məhz bu səbəbdən, işlərin ciddi koordinasiyalı və həssas şəkildə aparılması müşahidə olunmaqdadır.
İşğaldan azad edilmiş ərazilərdə müxtəlif obyektlər üzrə coğrafi informasiya sistemləri bazasında rəqəmsal xəritələrin tərtibi, lokal geoinformasiya sistemlərinin qurulması vacibdir. Eyni zamanda aerokosmik təsvirlər əsasında ərazilərin geniş tədqiqi, təhlükəsizlik baxımdan dronların istifadəsi və ortofotoların tərtibi də mühüm işlərdir. Bütün bunlar rayonların planlarının hazırlanmasında və infrastrukturun yenilənməsində, mədəni irsin və tarix-mədəniyyət abidələrinin bərpasında atılan zəruri addımlardır. Bura geodeziya və topoqrafiya sahələrini daxil etmək olar. Rayonlarda aparılmış geoloji və hidrogeoloji, geofiziki tədqiqatların aparılması da infrasruktur layihələrin işlənilməsi üzrə xüsusi əhəmiyyətə malikdir. Hazırda fəaliyyət istiqamətimiz üzrə icra edilən işlər müasir tələblər əsasında həll olunması zərurətini qarşıya çıxarır. Belə işlərdən biri tərəfimizdən qurulmuş işğaldan azad olunan ərazilərin CİS-i ilə bağlıdır.
İşğaldan azad olunmuş ərazilərdə mədəni – tarixi abidələrin vəziyyətinin qiymətləndirilməsi və bərpası məqsədilə məlumat bazasının qurulması zərurəti qarşıya çıxmışdır. Bu məqsədlə ikitərəfli müqavilə bağlanmış, CİS əsasında aerokosmik və kartoqrafik materiallar üzrə Qarabağ və Şərqi Zəngəzurun geoməlumat bazası qurulmuşdur. Geoməlumat bazası üzrə mədəni-tarixi abidələrin izahedici mətnləri daxil olmaqla, həm də sistemləşdirmə işləri aparılmış, obyektlərin məkan verilənləri toplanılmışdır.
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONLARININ COĞRAFİ İNFORMASİYA SİSTEMİ

Bütün hüquqlar qorunur.
https://caspiangeomatics.com/