geotexniki tədqiqatlar qrunt laboratoriya geotechnical services

SOCAR VƏ CASPIAN GEOMATICS ÇƏRÇİVƏ MÜQAVİLƏSİ İMZALADILAR

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodu ilə CASPIAN GEOMATICS MMC arasında geotexniki tədqiqatlar və qrunt laboratoriya xidməti üzrə 18.07.2024 tarixli çərçivə müqaviləsi imzalandı. Hazırda işlərin başlanılmasına hazırlıq işləri gedir.

Bundan əvvəl, CASPIAN GEOMATICS MMC Heydər Əliyev adına Neft Emalı Zavodunun balansındakı dalan dəmir yollarının topoqrafik göstəricilərinin təyini məqsədilə geodeziya ölçmələri aparmışdır. Texniki tapşırıq üzrə dəmir yollarının uzunluqlarının topoqrafik ölçüləri təyin edilmiş, mailliklər və çökmələrin yerləri müəyyən olunmuşdur. Eyni zamanda əyrilik ölçüləri və radius göstəriciləri təyin edilmişdir. Nəticələr müqayisəli analiz edilmiş, geodezik emal aparılmış və profillər qurulmuş, həmçinin dəmir yolu xətlərinin pasportları yenilənmişdir. İşlərin yekunu olaraq alınmış nəticələr əsasında dalan dəmir yolu xətlərinin geoinformasiya sistemi qurulmuş, rəqəmsal planlar tərtib olunmuşdur. Dalan dəmir yollarının geodeziya ölçüləri ilə bağlı yekunda hesabat hazırlanmış və texniki pasportlar yenilənmişdir.

CASPIAN GEOMATICS MMC geotexniki tədqiqatlar və qrunt laboratoriya xidmətləri üzrə çoxsaylı müqavilələr imzalamışdır.

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat