Sutəmizləyici qurğular (Çirkab sutəmizləyici qurğuları) / su anbarları / Şuşa şəhərinin sutəmizləyici qurğular kompleksi / Şuşa şəhərinin və Daşaltı kəndinin su təchizatı və kanalizasiya sistemi layihəsi
“Şuşa şəhərinin və Daşaltı kəndinin su təchizatı və kanalizasiya sistemi layihəsi” üzrə kompleks mühəndisi tədqiqatlar aparılmış, axtarış və kəşfiyyat işləri yerinə yetirilmişdir. Layihənin mühəndisi tədqiqatlarını icra etmək məqsədilə Sifarişçi “IQLIM LTD” ilə “CASPIAN GEOMATICS” arasında müqavilə imzalanmışdır. Bundan əvvəl, layihə üzrə əsas sifarişçi olan Azərbaydan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu (keçmiş adı Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutu) ilə IQLIM LTD şirkəti arasında müqavilə imzalanmışdır. Razılaşma əsasında işlərə başlanılmış və icra qrafikinə uyğun qarşıya qoyulmuş məsələlər həll olunmuşdur.
Tərəfimizdən aparılmış işlər:
Çirkab sutəmizləyici qurğular və su anbarları üzrə geodeziya və topoqrafiya ölçmələri.
Yeraltı kommunikasiya xətlərinin təsbiti.
Geodeziya istinad məntəqələrinin qurulması.
Statik ölçmələrin icrası, GPS və taxeometrik planalma.
Rəqəmsal topoqrafik xəritələrin tərtibatı.
Rəqəmsal relyef modellərinin qurulması.
Relyef profillərinin qrafiki tərtibatı.
3D modelləşdirmə və CİS təhlilləri.
687 p.m. mühəndisi-geoloji qazma işləri.
Geoloji və hidrogeoloji tədqiqatlar.
Geoloji-litoloji və hidrogeoloji şəraitin tədqiqi.
Qrunt laboratoriya tədqiqatları.
Hesabatların FHN Ekspertizada müdafiəsi.
Aparılmış tədqiqatların nəticəsi olaraq 05.07.2024 tarixində Prezidentin iştirakı ilə Şuşa sutəmizləyici qurğular kompleksinin açılışı olmuşdur.
Prezidentə bildirilmişdir ki, 2040-cı ilə Şuşanın perspektiv inkişafı nəzərə alınmaqla hazırlanan su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinə əsasən, şəhərin orta günlük su tələbatı saniyədə 105 litr təşkil edəcək. Şəhərə içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək.
Şəhərin Baş planına uyğun hazırlanmış layihəyə əsasən, Şuşada 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı sularının tam təmizlənib zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.
Qeyd edək ki, Sifarişçi tərəfindən mövcud və yeni su mənbələri qiymətləndirilmiş (Daşaltı çayı və qolları), hidroloji tədqiqatlar icra edilmişdir. İQLİM tərəfindən ətraf və sosial-iqtisadi mühitə təsirlərin qiymətləndirilməsi hesabatı da işlənilmişdir.
ŞUŞA ŞƏHƏRİNİN VƏ DAŞALTI KƏNDİNİN SU TƏCHİZATI VƏ KANALİZASİYA SİSTEMİ LAYİHƏSİ