“Xəzər dənizi və onun səviyyə tərəddüdlərinin Lənkəran-Astara sahil zonasının landşaft-ekoloji vəziyyətinə təsiri” elmi-tədqiqat xidmətinin satın alınması çərçivəsi üzrə CASPIAN GEOMATICS MMC ilə müqavilə imzalanmışdır.
Tədqiqat işində həll edilmiş məsələlər:
Arxiv və fond materialların araşdırılması;
Lənkəran və Astara rayonlarını əhatə edən sahil zonalarının torpaq – bitki örtüyü və landşaft komplekslərinin öyrənilməsi;
Lənkəran-Astara sahillərinin təbii ehtiyatlarının və onlardan istifadənin vəziyyətinin öyrənilməsi;
təsərrüfat fəaliyyətinin Lənkəran-Astara sahilləri üzrə ətraf mühit komponentlərinə təsiri;
Xəzər dənizi səviyyə tərəddüdləri , külək rejimi və axınların öyrənilməsi (geoloji və tarixi, müasir tərəddüdlər və onların sahil dinamikasına təsiri);
ənənəvi müşahidə məlumatlarının təhlilləri;
səviyyə tərəddüdləri üzrə 70 illik müşahidə məlumatlarına əsasən təhlili və qrafik tərtibatı;
fəsillər üzrə səviyyə tərəddüdləri tədqiqatı;
hakim küləklər və göstəricilər üzrə təsnifatı, davamiyyəti və istiqamətləri, istiqamətlər üzrə paylanmasının öyrənilməsi, maksimum küləkli günlərin təkrarlanmasının tədqiqi;
Lənkəran rayonunun sahilyanı zonalarında təcrübi olaraq topoqrafik ölçmələrin aparılması və hidroqrafik exolot vasitəsi ilə batimetrik tədqiqatların yerinə yetirilməsi, landşaft-ekoloji vəziyyətin müasir metodlarla tədqiq edilməsi;
ölçmə nəticələrinin yüksəklik sisteminə keçidi, tarazlaşdırma;
trianqulyasiya şəbəkəsi modeli əsasında relyef profillərinin qrafik tərtibatı;
sahil zonaların orta illik yağıntı anomaliyaları üzrə paylanmasının CİS xəritə tərtibi;
SƏVİYYƏ TƏRƏDDÜDLƏRİNİN LANDŞAFT-EKOLOJİ VƏZİYYƏTƏ TƏSİRİ (LƏNKƏRAN-ASTARA)
“Xəzər dənizi və onun səviyyə tərəddüdlərinin Lənkəran-Astara sahil zonasının landşaft-ekoloji vəziyyətinə təsiri” elmi-tədqiqat xidmətinin satın alınması çərçivəsi üzrə CASPIAN GEOMATICS MMC ilə müqavilə imzalanmışdır.
Tədqiqat işində həll edilmiş məsələlər: