Mühəndisi-geoloji tədqiqatlar Geology engineering geological investigations

LAYİHƏLƏNDİRİLƏN SU ANBARI SAHƏSİNDƏ APARILMIŞ MÜHƏNDİS GEOLOJİ TƏDQİQATLAR

Mühəndisi-geoloji tədqiqatlar su anbarının layihələndirilməsi məqsədi ilə aparılmış, qazma işlərinin  həcmi 168 m təşkil etmişdir.

Xəzər rayonu ərazisində su anbarının tikintisi üçün mühəndisi-geoloji tədqiqatlar aparmaq məqsədi ilə ikitərəfli müqavilə bağlanmışdır. Qarşıya qoyulmuş məsələlərdən irəli gələrək, tikinti sahəsinin və ona sərhəd ərazidə mühəndisi-geoloji və hidrogeoloji şəraiti müayinə edilmiş, kəşfiyyat quyuları qazılmış, qrunt nümunələri götürülərək qrunt laboratoriya tədqiqatları yerinə yetirilmişdir. Sahənin mühəndisi-geoloji şəraitini qiymətləndirmək üçün dərinlikləri 6 m olan 28 ədəd kəşfiyyat quyusu qazılmışdır. Qazmanın ümumi həcmi 168 m olmuşdur.

Layihələndirilən II məsuliyyət sinfinə daxil olan bina və qurğular, mühəndisi-geoloji şərait baxımından II mürəkkəblik kateqoriyasına malik ərazidə yerləşdiyi üçün quyuların sıxlığı və dərinliyi normaya uyğun seçilmişdir. Geoloji-litoloji tədqiqatların aparılması üzrə normativ sənədlər olaraq tikinti üçün mühəndisi axtarışlar, bina və qurğuların əsasları, tikinti konstruksiyalarının korroziyadan mühafizəsi, seysmik rayonlarda tikinti və hazırda qüvvədə olan digər təlimatlar əsas götürülmüşdür. Qazma anı strukturu pozulmuş və pozulmamış nümunələr götürülərək qrunt laboratoriya analizləri üçün cəlb olunmuşdur.

Nümunələrin laboratoriya tədqiqlərinin nəticəsinə və geoloji-litoloji kəsilişlərə əsasən, mühəndisi-geoloji şərait üzrə mühəndisi-geoloji elementlər ayrılmışdır. Ayrılmış mühəndisi-geoloji elementlərin laboratoriya sınaqları aparılması ilə fiziki-mexaniki göstəriciləri, normativ və hesabi parametrləri təyin edilmişdir. Geoloji işlərdə əldə olunan nəticələr üzrə litoloji sütunlar tərib edilmiş və onların profilləri qurulmuşdur.

Hesabatın tərtibində əldə edilmiş nəticələrlə yanaşı ötən illərin tədqiqat, fond, arxiv materialları istifadə olunmuşdur.

 

https://caspiangeomatics.com/ 

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat