Coğrafi informasiya sistemi üzrə Şəki şəhərinin tarixi mərkəzi olan və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisinin geoməlumat bazasını qurmaq məqsədilə xidməti müqavilə bağlanmışdır. Əməkdaşlıq çərçivəsində aerokosmik və xəritə materialları əsasında informativ elektron məlumat bazası yaradılmışdır. Coğrafi informasiya sistemi üzrə qurulmuş geoverilənlər bazasında məkan obyektləri və mətn verilənləri toplanılmış, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisi üzrə müxtəlif mövzuda çoxsaylı tematik xəritələr tərtib olunmuşdur.
Qeyd edək ki, “Yuxarı Baş” Milli Tarix – Memarlıq Qoruğunun ərazisində yerləşən YUNESKO – nun Dünya İrs Siyahısına daxil edilmiş “Şəkinin tarixi hissəsi” ilə bağlı Ümumdünya İrs Komitəsinin tələbi üzrə ərazinin Müstəsna Ümumbəşəri Dəyərinin qorunması, mədəni irsin istifadəsi üzrə icmanın sosial-iqtisadi inkişafını müəyyən edən müfəssəl inkişaf planı (Regenerasiya Planı) Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ilə Dünya İrs Komitəsi tərəfindən hazırlanır. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun coğrafi informasiya sisteminin qurulması isə CASPIAN GEOMATICS tərəfindən icra edilmişdir.
Qoruğu 1967-ci ildə Şəki şəhərinin tarixi hissəsini qorumaq məqsədilə Azərbaycan sovet hakimiyyəti tərəfindən təsis edilib. Qoruğun təsdiq edilmiş inzibati sərhədləri daxilində ümumi sahəsi 283 hektar təşkil edir. Şəki şəhərinin ümumi əhalisinin 20%-i qoruq ərazisində məskunlaşıb. Bunun nəticəsində qoruq ərazisi sıx məskunlaşmış şəhər yeri səciyyəsi daşıyır (hər kvadrat kilometrə 482 nəfər).
Qoruq ərazisində dövlət əhəmiyyətli 9 tarixi-memarlıq, 1 arxeoloji və 1 park-monumental abidə, yerli əhəmiyyətli isə 15 tarixi-memarlıq abidəsi var. Bununla yanaşı, qoruq idarəsi daha yüzlərlə binanı tarixi-memarlıq abidələrinin siyahısına əlavə etməyi təklif edir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu gözəl təbiəti və bitki örtüyünə malik dağlıq ərazidə yerləşir.
ŞƏKİ RAYONU “YUXARI BAŞ” QORUQ SAHƏSİNİN COĞRAFİ İNFORMASİYA SİSTEMİNİN QURULMASI

https://caspiangeomatics.com/