Sel və daşqın təhlükəli çaylarda əsasən məcra proseslərinin qiymətləndirilməsi üzrə 02 Mart 2022 tarixində (Kümrükçay-Kişçay hövzəsi) CASPIAN GEOMATICS ilə müqavilə bağlanmışdır.
Son illər qlobal iqlim tərəddüdlərinin regional təzahür formaları və insanların plansız təsərrüfat fəaliyyəti təbii-dağıdıcı hidrometeoroloji proseslərin fəallaşmasına səbəb olmuşdur. Nəticədə sürüşmə, uçqun, sel, daşqın kimi proseslər intensivləşmiş və ətraf mühitə daha çox mənfi təsir göstərməyə başlamışdır. Azərbaycanda belə proseslərdən ən geniş yayılanı sel və daşqın hadisələridir. Bu növ axınlar dağlıq ərazilərdə, o cümlədən ətraf mühitə, bütün növ təsərrüfat obyektlərinə böyük ziyanlar vurur.
Respublikamızın dağ və dağətəyi çaylarının əksəriyyəti il boyu kəskin dəyişkənli axınları ilə fərqlənirlər. Qeyd etmək lazımdır ki, dağ və dağətəyi çayların məcraları dar və dərin olub, onların uzununa maillikləri yüksəkdir, axınları isə coşqun xüsusiyyətlidir və böyük dağıdıcı qüvvəyə malikdir.
Tədqiqat işində, Kişçay və Kümrükçayda yaranan təhlükəli sel və daşlı-palçıqlı daşqın axınlarının əsas xüsusiyyətlərinin araşdırılması məqsədilə aparılan tədqiqatların nəticələri öyrənilmiş, həmçinin daşqınların zərərli təsirlərinin azaldılması və daşqınların çay məcralarından təhlükəsiz ötürülməsi təsirlərinin işlənib hazırlanması məsələlərinə baxılmışdır.
Müqavilə üzrə CİS texnologiyaları əsasında Kümrükçay-Kişçay hövzəsi timsalında çaylarda məcra proseslərinin qiymətləndirilməsi aparılmış və tədqiqat ilin sonuna qədər davam etmişdir. Aparılmış komplesk tədqiqatlara dair hesabat hazırlanmışdır. Tədqiqatın aparılmasında müasir yanaşmalardan da istifadə olunmuşdur. Ənənəvi metodlarla bərabər məsafədən aerokosmik tədqiqat üsulları istifadə edilmiş, aerokosmik verilənlər üzrə geoinformasiya xəritələri tərtib olunmuş, geoməlumat bazası yaradılmışdır. Eyni zamanda, müqavilə üzrə qarşıya qoyulmuş məsələlər həll edilmişdir:
Həll olunmuş məsələlər:
axınların tədqiqi və natur tədqiqatın aparılması;
məcraların hidravliki müqavimət əmsalının qiymətləndirilməsi;
SEL VƏ DAŞQIN TƏHLÜKƏLİ ÇAYLAR ÜZRƏ MƏCRA PROSESLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ