Su ehtiyatları su təsərrüfatı

SU EHTİYATLARININ MÜASİR DƏYİŞMƏLƏRİNİN ÖYRƏNİLMƏSİ

Su ehtiyatları və su təsərrüfatı infrastrukturu üzrə tədqiqat ərazisinin kompleks öyrənilməsi və yenidən qurulması məqsədi ilə ikitərəfli müqavilə bağlanmışdır.

Su ehtiyatları və su təsərrüfatı üzrə dəyişiklikləri qiymətləndirmək qarşıda duran vacib məsələlər olmuşdur. Bunun üçün çoxillik tərəddüdlər tədqiq edilməli və təbii və antropogen amillərin təsiri qiymətləndirilməli, amillərin dəyişmə üzrə rolu müəyyən olunmalıdır.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə təbii su obyektlərinin hidroloji rejimi kəskin şəkildə dəyişmişdir. Su təsərrüfatı obyektləri baxımsız və dağıdılmış səbəbi ilə ciddi deqradasiyaya məruz qalmışdır. Məhz bu səbəbdən, işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının yenidən və müasir tələblər səviyyəsində öyrənilməsi vacib hesab olunur.

Ərazidə olan su təsərrüfatı obyektlərinin tikintisi və istismarı onları qidalandıran su mənbələrindən bilavasitə asılıdır. Uzun müddət ərzində meliorasiya və su təsərrüfatı obyektləri ilə birlikdə onları qidalandıran çaylar və yeraltı sular da işğal altında qalmışdır. Hidrotexniki qurğuların müxtəlif təsirlərə məruz qalmasının öyrənilməsi üçün formalaşan su ehtiyatları barədə məlumatlar təhlil edilməlidir. Belə ki, zəngin su ehtiyatı olan ərazilərdə dəyişikliyin səbəblərini və dərəcələrini bilmədən su təsərrüfatı obyektlərinin təkmilləşdirilməsi mümkün deyil.

Tədqiqat ərazisi hidroloji rayonlaşmaya görə Kiçik Qafqaz təbii vilayətində yerləşir. Tərəfimizdən təbii vilayətin hidroloji xüsusiyyətləri müqayisəli təhlil edilmiş, təbii və antropogen amillərin təsiri qiymətləndirilmişdir.

Su ehtiyatlarının formalaşmasında bilavasitə iştirak edən iqlim amillərinin təsirinin qiymətləndirilməsi üçün hidrometeoroloji məntəqələr üzrə çoxillik məlumatlar istifadə edilmişdir. Eyni zamanda, onların məkana və zamana görə paylanma xüsusiyyətləri də təhlil edilmişdir.

Məsələlərin həlli üçün statistik məlumatlarla yanaşı yüksək və orta ayırdetməli peyk təsvirlərdən istifadə edilmiş, müqayisəli təhlillər aparılmışdır. Bundan başqa, coğrafi informasiya sistemləri üzrə geniş geoməkan təhlilləri aparılmışdır. Müxtəlif mövzuda xəritələr tərtib olunmuşdur.

Nəticə:

  • İlkin olaraq (firstly), su ehtiyatları haqqında məlumatların toplanılması və sistemləşdirilməsi.
  • Növbəti mərhələ (secondly), təbii şərait haqqında məlumatların müqayisəli təhlili.
  • Sonrakı mərhələ (thirdly), tədqiqat ərazisinin müasir iqlim şəraiti haqqında məlumatların təhlili.
  • Dördüncü mərhələ (fourthly), peyk təsvirlər üzrə fiziki-coğrafi parametrlərin kartoqrafik təqdimatları (rəqəmsal modellər, spektral kanalların kombinasiyaları).
  • Nəticə (as a result), tədqiqat ərazisinin coğrafi informasiya sisteminin (CİS) qurulması.

https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat