Ortofoto xəritə (ortofotoplan) 7000 ha sahə üzrə peyk təsvirlərlə qurulmuş, topoqrafik planalma aparılmış və 2000 ha ərazi üzrə DRON (pilotsuz uçuş aparatı) əsasında fotoqrammetriya işləri icra edilmiş və yüksək ayırdetməli ortofotoxəritə tərtib edilmişdir.
Saatlı rayonunun 7000 ha sahəsi üzrə ortofotoxəritə tərtibatı üçün ərazidə DRON (pilotsuz uçuş aparatı) vasitəsilə və aerokosmik verilənlər əsasında topoqrafik planalma və fotoqrammetriya işlərinin aparılması məqsədi ilə 29 yanvar 2018-ci il tarixində ikitərəfli müqavilə imzalanmışdır.
Tədqiqat ərazisi.
Tədqiqat ərazisi Saatlı rayonunda, “Moskva” kanalının yaxınlığında düzən ərazi olmaqla sahəsi 7000 ha təşkil etmişdir.
Tədqiqatın məqsədi.
Tədqiqatın əsas məqsədi tədqiqat ərazisi üzrə geoinformasiya xidmətlərinin göstərilməsindən ibarət olmuşdur. Qarşıya qoyulmuş məsələlər aşağıdakıları özündə əks etdirmişdir:
topoqrafik ölçmələrin aparılması və xəritə tərtibi;
peyk təsvirlərin təchiz olunması;
peyk təsvirlər üzrə 0.5 metr ayırdetməli ortofotoplan tərtibi, DRON (aerofoto) əsaslı topoqrafik işlərin icrası və aerofoto təsvirləri üzrə 3.5 sm ayırdetməli ortofoto xəritə tərtibi.
nəticələrin kameral emalı və təhlili.
Tədqiqatın metodologiyası.
Layihə ərazisi aerokosmik təsvirlər üzrə tədqiq olunmuş və növbəti mərhələdə, sahədə topoqrafik planalma işləri başlanılmış və 7000 ha sahənin peyk təsvirləri əldə olunmuşdur. Verilənlər əsasında bütün layihə ərazisinin 0.50 metr ayırdetməli ortofo xəritəsi tərtib olunmuş və ərazi DRON vasitəsi ilə plana alınmışdır. Aerofoto çəkilişləri əsasında 3.5 sm ayırdetməli ortofoto xəritələr tərtib olunmuşdur.
Qeyd olunan məsələlərin həlli üçün əraziyə ilkin vizual baxış keçirilmiş, konkret sahələr müəyyən edilmişdir. Sonra, dron ölçmələri üçün sahələrdə fotoqrammetrik istinad məntəqələri bərkidilmişdir. Həmin nöqtələrin koordinat və yüksəklikləri GPS qəbuledicisi ilə təyin edilmiş, aerofotoplanalma işləri üçün uçuşun planlaşdırılması və onun dəqiq yerinə yetirilməsi məsələlərinə baxılmışdır. Bundan sonra alınmış aerofotoşəkillər fotoqrammetrik emal olunmuş və nəticələr xəritələşdirilmişdir.
Fotoqrammetrik istinad nöqtələri.
Fotoqrammetrik emal zamanı əldə olunacaq məhsulların dəqiqliyini təmin etmək üçün və onların idarə olunması məqsədi ilə layihə ərazisində 9 ədəd fotoqrammetrik istinad nöqtələri bərkidilmiş, onların koordinat və yüksəklik göstəriciləri GPS istifadə etməklə real zaman kinematik rejimdə ölçmə aparmaqla əldə edilmişdir. Ölçmə zamanı əldə olunmuş koordinat və yüksəklik qiymətlərinin dəqiqliyi 2-3 sm təşkil etmişdir.
Bundan başqa, uçuş zamanı PUA-nı yüksək dəqiqlikli koordinatlarla təmin etmək üçün 4 ədəd GPS baza stansiya nöqtələri fotoqrammetrik istinad məntəqələri kimi istifadə edilmişdir. Ölçmələr UTM-39 və WGS-84 koordinat sistemində, EGM-2008 geoid modelinə əsasən ortometrik yüksəklik sistemində aparılmışdır.
Aerofotoplanalma.
Uçuş aparatı kinematik rejimdə ölçməyə imkan verən GPS qəbuledicisi və yüksək keyfiyyətli fotokamera ilə təchiz edilmişdir. Ərazi böyük olduğu üçün uçuş əməliyyatı 4 hissədən ibarət olmuşdur. Hər bir uçuş iki saat otuz-qırx dəqiqə davam etmiş və uçuş yüksəkliyi təqribi olaraq 270 m təşkil etmişdir. Uçuş zamanı fotoşəkillərin koordinatlarını yüksək dəqiqlikli koordinatlarla təmin etmək üçün hər bir uçuş zamanı eyni zamanda koordinat və yüksəkliyi bəlli olan nöqtələrdə GPS qəbuledicisi ilə statik rejimdə ölçmə işləri aparılmışdır. Daha sonra, uçuş aparatının həm qəbuledicisi, həm də baza stansiya qəbuledicisində toplanılmış GPS müşahidə bilgiləri fotoşəkillərlə birlikdə emal olunmuşdur. Şəkillərin xarici orientasiya parametrləri (x,y,h, Omeqa, Fi, Kappa) təyin edilərək onlar metabilgi formada şəkil fayllarının üzərinə əlavə olunmuşlar. Hesablanmış koordinat və yüksəkliklərin dəqiliyi 2-3 sm təşkil etmişdir. Sonda aerofotoplanalmanın nəticəsi kimi, bütün ərazi üzrə 14000-dən artıq fotoşəkil əldə edilmiş və fotoşəkillər 3.5 sm ayırdetmə keyfiyyətində çəkilmişdir.
Fotoqrammetrik emal.
Aerofotolar emal edilərək, aerotrianqulyasiya modelinin qurulması və tarazılaşdırılılması istinad nöqtələri ilə həllini tapmışdır. Tarazılaşdırmadan sonra şəkillərə əsasən 3D səth modeli qurulmuş, model nöqtələr buludu yaradılmışdır. Model 10 sm intervalla qurulmuş, fotolar orto – transformasiya və mozaika olunmuş, 3.5 sm ayırdetməli ortofoto işlənilmiş və “MrSID” formatında saxlanılmışdır.
Aparılmış işlərdən sonra 7000 ha ərazinin peyk verilənləri əldə olunmuş və 0.5 metr ayırdetməli ortofotoplanlar hazırlanmışdır. Ortofoto xəritə tərtibi üçün əraziyə baxış keçirilmiş, GCP (Geodetic Control Points) nöqtələr üzrə təhlillər aparılmışdır. Təhlillərin nəticəsi olaraq layihə ərazisi üzrə (7000 ha üçün) 10 GCP nöqtə müəyyən olunmuş və ərazidə həmin nöqtələrin koordinat və yüksəklik qiymətlərini təyin etmək üçün yüksək dəqiqlikli GPS avadanlığından istifadə edilmişdir. Ortometrik yüksəkliklər təyin edilmiş və 7000 ha üçün ortofotoplan qurulmuş, GCP nöqtələrin ellipsoidal və ortometrik göstəriciləri dəqiqləşmişdir.
Nəticə.
Beləliklə, “Saatlı Rayonunun 7000 ha sahəsinin ortofotoxəritəsinin tərtibi və topoqrafik planalmanın aparılması” üzrə qoyulan məsələlər həll edilmişdir. Geoinformasiya sistemlərindən istifadə etməklə aşağıdakı məsələlər öz həllini tapmışdır:
Topoqrafik planalma işləri aparılmışdır.
Yerin məsafədən zondlanması əsasında 7000 ha sahənin peyk təsvirləri alınmış və ərazini əhatə edən 0,5 metr ayırdetməli ortofotoplanlar işlənilmişdir.
0,5 metr ayırdetməli ortofoto xəritlərin tərtibi üçün GCP nöqtələr müəyyən edilmiş və nəzarət nöqtələrin koordinatları və yüksəklikləri ölçülmüşdür.
Geodeziya işləri nəticəsində alınmış qiymətlərin ellipsoidal və ortometrik yüksəklik qiymətləri hesablanmışdır.
Ərazinin 2000 ha sahəsinin DRON əsasında aerofotoçəkilişləri yerinə yetirilmiş və 3,5 sm ayırdetməli ortofotoplan qurulmuşdur.
2000 ha sahə üzrə fotoqrammetriya işlərinin yüksək səviyyədə təşkili üçün fotoqrammetrik istinad nöqtələri bərkidilmişdir.
Aerofotoçəkilişlər üzrə səth modellər qurulmuş və ərazinin nöqtələr buludu hazırlanmışdır.
Nəticələr emal olunmuş və tarazılaşdırılmış aerotrianqulyasiya blokları qurulmuşdur.
LAYİHƏLƏNDİRİLƏN 7000 HA AQROPARK SAHƏSİNİN ORTOFOTO VƏ TOPOQRAFİK XƏRİTƏ TƏRTİBATI
Ortofoto xəritə (ortofotoplan) 7000 ha sahə üzrə peyk təsvirlərlə qurulmuş, topoqrafik planalma aparılmış və 2000 ha ərazi üzrə DRON (pilotsuz uçuş aparatı) əsasında fotoqrammetriya işləri icra edilmiş və yüksək ayırdetməli ortofotoxəritə tərtib edilmişdir.
Saatlı rayonunun 7000 ha sahəsi üzrə ortofotoxəritə tərtibatı üçün ərazidə DRON (pilotsuz uçuş aparatı) vasitəsilə və aerokosmik verilənlər əsasında topoqrafik planalma və fotoqrammetriya işlərinin aparılması məqsədi ilə 29 yanvar 2018-ci il tarixində ikitərəfli müqavilə imzalanmışdır.
Tədqiqat ərazisi.
Tədqiqat ərazisi Saatlı rayonunda, “Moskva” kanalının yaxınlığında düzən ərazi olmaqla sahəsi 7000 ha təşkil etmişdir.
Tədqiqatın məqsədi.
Tədqiqatın əsas məqsədi tədqiqat ərazisi üzrə geoinformasiya xidmətlərinin göstərilməsindən ibarət olmuşdur. Qarşıya qoyulmuş məsələlər aşağıdakıları özündə əks etdirmişdir:
Tədqiqatın metodologiyası.
Layihə ərazisi aerokosmik təsvirlər üzrə tədqiq olunmuş və növbəti mərhələdə, sahədə topoqrafik planalma işləri başlanılmış və 7000 ha sahənin peyk təsvirləri əldə olunmuşdur. Verilənlər əsasında bütün layihə ərazisinin 0.50 metr ayırdetməli ortofo xəritəsi tərtib olunmuş və ərazi DRON vasitəsi ilə plana alınmışdır. Aerofoto çəkilişləri əsasında 3.5 sm ayırdetməli ortofoto xəritələr tərtib olunmuşdur.
Qeyd olunan məsələlərin həlli üçün əraziyə ilkin vizual baxış keçirilmiş, konkret sahələr müəyyən edilmişdir. Sonra, dron ölçmələri üçün sahələrdə fotoqrammetrik istinad məntəqələri bərkidilmişdir. Həmin nöqtələrin koordinat və yüksəklikləri GPS qəbuledicisi ilə təyin edilmiş, aerofotoplanalma işləri üçün uçuşun planlaşdırılması və onun dəqiq yerinə yetirilməsi məsələlərinə baxılmışdır. Bundan sonra alınmış aerofotoşəkillər fotoqrammetrik emal olunmuş və nəticələr xəritələşdirilmişdir.
Fotoqrammetrik istinad nöqtələri.
Fotoqrammetrik emal zamanı əldə olunacaq məhsulların dəqiqliyini təmin etmək üçün və onların idarə olunması məqsədi ilə layihə ərazisində 9 ədəd fotoqrammetrik istinad nöqtələri bərkidilmiş, onların koordinat və yüksəklik göstəriciləri GPS istifadə etməklə real zaman kinematik rejimdə ölçmə aparmaqla əldə edilmişdir. Ölçmə zamanı əldə olunmuş koordinat və yüksəklik qiymətlərinin dəqiqliyi 2-3 sm təşkil etmişdir.
Bundan başqa, uçuş zamanı PUA-nı yüksək dəqiqlikli koordinatlarla təmin etmək üçün 4 ədəd GPS baza stansiya nöqtələri fotoqrammetrik istinad məntəqələri kimi istifadə edilmişdir. Ölçmələr UTM-39 və WGS-84 koordinat sistemində, EGM-2008 geoid modelinə əsasən ortometrik yüksəklik sistemində aparılmışdır.
Aerofotoplanalma.
Uçuş aparatı kinematik rejimdə ölçməyə imkan verən GPS qəbuledicisi və yüksək keyfiyyətli fotokamera ilə təchiz edilmişdir. Ərazi böyük olduğu üçün uçuş əməliyyatı 4 hissədən ibarət olmuşdur. Hər bir uçuş iki saat otuz-qırx dəqiqə davam etmiş və uçuş yüksəkliyi təqribi olaraq 270 m təşkil etmişdir. Uçuş zamanı fotoşəkillərin koordinatlarını yüksək dəqiqlikli koordinatlarla təmin etmək üçün hər bir uçuş zamanı eyni zamanda koordinat və yüksəkliyi bəlli olan nöqtələrdə GPS qəbuledicisi ilə statik rejimdə ölçmə işləri aparılmışdır. Daha sonra, uçuş aparatının həm qəbuledicisi, həm də baza stansiya qəbuledicisində toplanılmış GPS müşahidə bilgiləri fotoşəkillərlə birlikdə emal olunmuşdur. Şəkillərin xarici orientasiya parametrləri (x,y,h, Omeqa, Fi, Kappa) təyin edilərək onlar metabilgi formada şəkil fayllarının üzərinə əlavə olunmuşlar. Hesablanmış koordinat və yüksəkliklərin dəqiliyi 2-3 sm təşkil etmişdir. Sonda aerofotoplanalmanın nəticəsi kimi, bütün ərazi üzrə 14000-dən artıq fotoşəkil əldə edilmiş və fotoşəkillər 3.5 sm ayırdetmə keyfiyyətində çəkilmişdir.
Fotoqrammetrik emal.
Aerofotolar emal edilərək, aerotrianqulyasiya modelinin qurulması və tarazılaşdırılılması istinad nöqtələri ilə həllini tapmışdır. Tarazılaşdırmadan sonra şəkillərə əsasən 3D səth modeli qurulmuş, model nöqtələr buludu yaradılmışdır. Model 10 sm intervalla qurulmuş, fotolar orto – transformasiya və mozaika olunmuş, 3.5 sm ayırdetməli ortofoto işlənilmiş və “MrSID” formatında saxlanılmışdır.
Aparılmış işlərdən sonra 7000 ha ərazinin peyk verilənləri əldə olunmuş və 0.5 metr ayırdetməli ortofotoplanlar hazırlanmışdır. Ortofoto xəritə tərtibi üçün əraziyə baxış keçirilmiş, GCP (Geodetic Control Points) nöqtələr üzrə təhlillər aparılmışdır. Təhlillərin nəticəsi olaraq layihə ərazisi üzrə (7000 ha üçün) 10 GCP nöqtə müəyyən olunmuş və ərazidə həmin nöqtələrin koordinat və yüksəklik qiymətlərini təyin etmək üçün yüksək dəqiqlikli GPS avadanlığından istifadə edilmişdir. Ortometrik yüksəkliklər təyin edilmiş və 7000 ha üçün ortofotoplan qurulmuş, GCP nöqtələrin ellipsoidal və ortometrik göstəriciləri dəqiqləşmişdir.
Nəticə.
Beləliklə, “Saatlı Rayonunun 7000 ha sahəsinin ortofotoxəritəsinin tərtibi və topoqrafik planalmanın aparılması” üzrə qoyulan məsələlər həll edilmişdir. Geoinformasiya sistemlərindən istifadə etməklə aşağıdakı məsələlər öz həllini tapmışdır:
https://caspiangeomatics.com/