hidroloji tədqiqat Bənəniyar su anbarı qruntların laboratoriya geodeziya Əlincəçay SCADA suölçmə hydrological survey geodetic surveying GIS CASPIAN GEOMATICS MMC

BƏNƏNİYAR KANALININ YENİDƏN QURULMASININ MÜHƏNDİSİ VƏ HİDROLOJİ TƏDQİQATLARI

Əlincəçay üzrə hidroloji tədqiqat, topoqrafiya və geodeziya ölçmələri, SCADA məsləhət xidməti, mühəndis geoloji tədqiqat, qrunt laboratoriya tədqiqatı / Bənəniyar su anbarı 

“Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasının texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması”.

Açıq tenderin qalibi olmuş “Meliorator-Layihə-Tədqiqat” MMC ilə müqavilə imzalanmış, müqavilə üzrə CASPIAN GEOMATICS MMC tərəfindən sahədə geoloji və hidroloji tədqiqatlar aparılmış, SCADA məsləhət xidməti göstərilmişdir.

Həll edilmiş məsələlər:

  • Bənəniyar kanalı üzrə topoqrafiya ölçmələrinin aparılması (7.7 km);
  • layihələndirilən alternativ trassa xətlərinin (1.8km və 2.25km) topoqrafik ölçmə işləri;
  • istinad məntəqələri üzrə GPS statik ölçmə və nivelirləmə işlərinin icrası;
  • Bənəniyar kanalının və layihələndirilən 2 trassa xəttinin uzununa və eninə profil tərtibat işləri;
  • ərazinin rəqəmsal relyef modelinin qurulması;
  • Bənəniyar kanalının 3D modelinin işlənilməsi;
  • geodeziya istinad məntəqələrinin quraşdırılması, koordinat və yüksəkliklərin təyini;
  • Bənəniyar kanalı və alternativ trassa xətləri üzrə rəqəmsal topoqrafiya xəritələrinin tərtibi;
  • kanalda suölçmə qurğularının yerlərinin təyin edilməsi və SCADA layihələndirmə üzrə məsləhət xidmətinin göstərilməsi;
  • Əlincəçayın hidroloji tədqiqatlarının aparılması;
  • 220 p.m geoloji qazma işlərinin aparılması və nümunələrin götürülməsi, qrunt laboratoriya tədqiqatlarının aparılması;
  • geoloji-litoloji sütunların və kəsilişlərin tərtibi;
  • tədqiqat ərazisinin CİS-nin qurulması;
  • quyular üzrə suçəkmə işlərinin aparılması, hidrogeoloji parametrlərin hesablanması.

Bu məqsədlə, ərazidə 40 ədəd şurf qazılmış, o cümlədən 40 ədəd şurf 5 m dərinlikdə, 2 ədəd geoloji quyu 10 m dərinlikdə qazılmış və qazmanın ümumi həcmi 220 p.m təşkil etmişdir. Cizgiləri işlənən 2 alternativ trassa xətlərinin (1.8km və 2.25km) topoqrafiya ölçmələri icra edilmişdir.

Əlincəçay üzrə hidroloji tədqiqat zamanı illik axım, hidroqrafik səciyyəsi, maksimal və minimal axım, asılı gətirmələr, hidrotexniki qurğunun su sərfləri, yağış daşqınlarının maksimal su sərfləri tədqiq olunmuşdur. Çoxillik dövr üçün su sərfləri təhlil edilmiş, statistik parametrlər və müxtəlif təminatlı illər üçün qiymətlər hesablanmışdır.

İstənilən ərazinin hidrogeoloji şəraitinin öyrənilməsi və su ehtiyatlarının tədqiqi üzrə müxtəlif metodoloji yanaşmalar mövcuddur. İlkin olaraq, ərazinin fiziki-coğrafi şəraitin öyrənilməsi məqsədi ilə kartoqrafik və məsafədən aerokosmik verilənlər təhlil olunur. Növbəti mərhələdə, hidrogeoloji və geoloji fond materialları və xəritələr təhlil olunur. Zəruri halda geofiziki tədqiqatlar aparılır və rejim quyularının optimal yerləri seçilir. Ərazidə mövcud quyulara baxılır və təcrübi-sınaq işləri aparılır. Zərurət yarandığı halda, rejim quyuları üzrə monitorinq aparılır. Hidrogeoloji parametrlər hesablanır.

post your comment

× WhatsApp Chat