Mərdəkan (Xəzər dənizi) çimərlik sahəsində batimetrik və topoqrafik tədqiqatların aparılmasına dair ikitərəfli müqavilə imzalanmışdır. Batimetriya və topoqrafiya tədqiqatları “DALGA BEACH” layihəsi üzrə tikinti işlərinin aparılması məqsədilə aparılmışdır. Bunun üçün sahilyanı ərazilərin topoqrafik axtarış işləri aparılmışdır. Heyət təkşüalı hidroqrafik exolot sistemindən istifadə edərək batimetriya tədqiqatları aparmışdır. Ölçmələr nəticəsində 1:500 miqyaslı batimetriya xəritəsi tərtib edilmiş və həcmlərin hesablanması üçün batimetriya modeli işlənilmişdir. Nəticədə, aparılan batimetrik və topoqrafik tədqiqatlar əsasında layihə ərazisində dəniz tikintisi məqsədli layihələndirmə işləri aparılmışdır. Batimetriya tədqiqatları əsasən dib dərinləşdirmə işlərindən sonra aparılmışdır.
Layihə ərazisinin yerləşməsini nəzərə alaraq batimetrik və topoqrafik tədqiqatların aparılması üçün müxtəlif metodoloji yanaşmalardan geniş istifadə edilmişdir. Əsas məqsəd dəniz hövzəsinin dib relyefini ətraflı öyrənmək olmuşdur. Sahil zonalarında dib relyefinin öyrənilməsi və topoqrafik ölçmələrin aparılması, o cümlədən topoqrafik xəritə tərtibi məsələləri, həmçinin batimetrik modelin qurulması həllini tələb edən məsələlərdir. Tərəfimizdən ilkin olaraq, risk qiymətləndirilməsi aparılmış, SƏTƏM tədbirlər planı və Fövqəladə Hallar Planı hazırlanmışdır. Eyni zamanda, risk ehtimalları minimum səviyyəyə gətirilmişdir. Daha sonra, kartoqrafik təqdimat və batimetrik model işləri aparılmışdır. Əldə edilmiş nöqtələr əsasında dib relyefi üzrə səth srukturun 3D modelləri qurulmuşdur.
Batimetriya və topoqrafiya ölçmələri aparmaqla ərazinin 1:500 miqyaslı xəritəsi tərtib edilmişdir.
Həll edilmiş məsələlər:
Layihə ərazisinin batimetrik və topoqrafik ölçmələri;
dib relyefinin tədqiqi və batimetrik xəritə (dəniz dibinin xəritəsi) tərtibatı;
dib relyefi üzrə modelləşdirmə, 3D;
ölçmələrin Baltik yüksəklik sisteminə gətirilməsi və s.
“Dalga Beach Aquapark Resort” 7000 m² sahə olmaqla Azərbaycanın və Qafqazın ən böyük Aqua Parklarından biridir. Layihə obyekti, Mərdəkan ərazisində Xəzər dənizinin sahilində, Bakı şəhərinin mərkəzindən 35 km məsafədə yerləşir.
BATİMETRİYA TƏDQİQATLARI VƏ TOPOQRAFİYA ÖLÇMƏLƏRİ / “DALGA BEACH” LAYİHƏSİ
Dib dərinləşdirmə / Dəniz dibi xəritəsi / Batimetriya / Dib relyefi.
Mərdəkan (Xəzər dənizi) çimərlik sahəsində batimetrik və topoqrafik tədqiqatların aparılmasına dair ikitərəfli müqavilə imzalanmışdır. Batimetriya və topoqrafiya tədqiqatları “DALGA BEACH” layihəsi üzrə tikinti işlərinin aparılması məqsədilə aparılmışdır. Bunun üçün sahilyanı ərazilərin topoqrafik axtarış işləri aparılmışdır. Heyət təkşüalı hidroqrafik exolot sistemindən istifadə edərək batimetriya tədqiqatları aparmışdır. Ölçmələr nəticəsində 1:500 miqyaslı batimetriya xəritəsi tərtib edilmiş və həcmlərin hesablanması üçün batimetriya modeli işlənilmişdir. Nəticədə, aparılan batimetrik və topoqrafik tədqiqatlar əsasında layihə ərazisində dəniz tikintisi məqsədli layihələndirmə işləri aparılmışdır. Batimetriya tədqiqatları əsasən dib dərinləşdirmə işlərindən sonra aparılmışdır.
Layihə ərazisinin yerləşməsini nəzərə alaraq batimetrik və topoqrafik tədqiqatların aparılması üçün müxtəlif metodoloji yanaşmalardan geniş istifadə edilmişdir. Əsas məqsəd dəniz hövzəsinin dib relyefini ətraflı öyrənmək olmuşdur. Sahil zonalarında dib relyefinin öyrənilməsi və topoqrafik ölçmələrin aparılması, o cümlədən topoqrafik xəritə tərtibi məsələləri, həmçinin batimetrik modelin qurulması həllini tələb edən məsələlərdir. Tərəfimizdən ilkin olaraq, risk qiymətləndirilməsi aparılmış, SƏTƏM tədbirlər planı və Fövqəladə Hallar Planı hazırlanmışdır. Eyni zamanda, risk ehtimalları minimum səviyyəyə gətirilmişdir. Daha sonra, kartoqrafik təqdimat və batimetrik model işləri aparılmışdır. Əldə edilmiş nöqtələr əsasında dib relyefi üzrə səth srukturun 3D modelləri qurulmuşdur.
Batimetriya və topoqrafiya ölçmələri aparmaqla ərazinin 1:500 miqyaslı xəritəsi tərtib edilmişdir.
Həll edilmiş məsələlər:
“Dalga Beach Aquapark Resort” 7000 m² sahə olmaqla Azərbaycanın və Qafqazın ən böyük Aqua Parklarından biridir. Layihə obyekti, Mərdəkan ərazisində Xəzər dənizinin sahilində, Bakı şəhərinin mərkəzindən 35 km məsafədə yerləşir.
https://caspiangeomatics.com/