topoqrafiya ölçmələri topoqrafik plan DEM DTM

ƏKİNƏ YARARLI SAHƏLƏRİN TƏYİNİ (8000 HA SAHƏNİN GEODEZİYA VƏ TOPOQRAFİYA ÖLÇMƏLƏRİ)

Topoqrafiya ölçmələri 8000 ha, rəqəmsal topoqrafik xəritə tərtibi, CİS və CAD, 3D, DEM, DTM.

Kənd təsərrüfatı məqsədilə Şəmkir rayonu Ceyrançöl massivində yerləşən 8000 ha sahədə aparılmış topoqrafiya ölçmələri və geoinformasiya analizləri məqsədilə müqavilə bağlanılmışdır. Layihə ərazisi Şəmkir rayonunun şimal hissəsində yerləşməklə yanaşı, həm qərb hissədən Tovuz rayonu ilə, həm də şərq hissədən Samux rayonu ilə əhatə olunubdur. Layihə ərazisinin cənubu Kür çayının sol sahilləridir və həmin sahillərdə Şəmkir və Yenikənd su anbarları yerləşir.
Ümumi ərazi Ceyrançöl düzünə və Palan-tökən silsiləsinin ətəklərinə aiddir. Topoqrafiya ölçmələri üzrə aparılan işlərin əsas məqsədi müxtəlif kənd təsərrüfatı bitkilərin becərilməsi üçün əkinə yararlı sahələri təyin etmək olmuşdur.

Ərazidə kənd təsərrüfatı fəaliyyətlərinin aparılması və infrastrukturun yaradılması məqsədilə ərazinin ilkin qiymətləndirilməsi vacibdir ki, bu da müfəssəl topoqrafiya ölçmələrinin aparılması nəticəsində mümkün olur. Bundan başqa, ərazinin layihələndirilməsi də vacib məsələlərdəndir ki, bu da topoqrafik xəritə istifadəsini tələb edir.

Tədqiqatın məqsədi

Tədqiqatın məqsədi, Şəmkir rayonu ərazisində müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün 8000.0 ha sahədə əkinə yararlı sahələrin aşkara çıxarılması olmuşdur. Bu baxımdan, ərazidə geniş miqyaslı topoqrafiya işləri aparılmış qarşıya qoyulmuş məsələlər aşağıdakıları özündə əks etdirmişdir:

  • əkinə yararlı ərazilərin təyini üçün topoqrafik işlər, topoqrafik plan tərtibi
  • istinad məntəqələrinin yerlərinin təyini və quraşdırılması
  • sahədə meyillik göstəricilərin təyini
  • CİS təhlil və modelləşdirmə, DEM / DTM
  • texniki hesabatın hazırlanması

Topoqrafiya ölçmələrinin aparılması məqsədi ilə müasir geodeziya avadanlıqları istifadə edilmiş, qurulmuş hər istinad məntəqəsi üzərində statik ölçmələr aparılmışdır. Ərazidə aparılan GPS ölçmə işləri baza stansiya əsasında yerinə yetirilmişdir. Eyni zamanda, ərazi ilkin təhlil edilmiş və bunun üçün aerokosmik verilənlər istifadə olunmuş, yüksək ayırdetməli ortofoto xəritələrə və kartoqrafik materiallara istinad edilmişdir. Topoqrafiya ölçmələri üzrə məntəqələr statik  rejimdə ölçülmüş, nəticələr  hesablanmış  və tarazlaşdırma aparılmışdır.

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat