Coğrafi informasiya sistemləri xidmətləri CİS GIS geoinformation geographical information systems

CİS HƏLLƏRİ

Coğrafi informasiya sistemləri xidmətləri (GIS xidmətləri) üzrə həm beynəlxalq, həm də dövlət və özəl sektorlarla çoxsaylı müqavilələr bağlamaqla geniş portfolimuz var. Portfoliomuz aşağıdakı sahələri özündə əks etdirir:

  1. Kənd Təsərrüfatı və Meşə təsərrüfatı
  2. Neft-Qaz sənayesi və Dağ-mədən sahəsi
  3. Şəhərsalma, Kadastr və Yerquruluşu
  4. Ətraf Mühit və Ekosistemlər
  5. Hidrogeologiya və Geologiya, Geofizika
  6. Axtarış-kəşfiyyat (mühəndis axtarışları)
  7. Dəniz və torpaq tədqiqatları
  8. Sahil idarəetmə, eroziya prosesləri
  9. Fövqəladə hallar
  10. Hidrotexniki qurğular, hidroqrafik obyektlər
  11. Hidroloji və ekoloji tədqiqatlar
  12. Su təchizatı və su ehtiyatları
  13. Metokean tədqiqatlar
  14. Turizm sahəsi, Ekosistemlər
  15. Avtomobil və dəmir yolları
  16. Xəritələşdirmə, modelləşdirmə və s.

CİS XİDMƏTLƏRİ

  • Geoməkan verilənlər bazası
  • məkan məlumatlarının idarə olunması
  • geoməlumat bazasının qurulması
  • struktur layihələndirmə
  • məkan analizi və modelləşdirmə
  • obyekt və hadisələrin geoinformasiya təhlili
  • struktur layihələndirmə

Obyekt və hadisəni modelləşdirmək, tendensiyaları anlamaq üçün səbəbləri araşdırmaq məqsədilə coğrafi informasiya sistemləri xidmətləri (GIS) geniş istifadə edilir. GIS-in tətbiq sferasının geniş olmasına baxmayaraq, təcrübəmiz müxtəlif mövzular üzrə GIS-i qurmağa və ətraf mühiti dərindən öyrənməyə, həm də elmi-tədqiqat işlərini icra etməyə xüsusi imkanlar verir.

Misal olaraq kənd təssərrüfatı sektorunu götürək ki, bu sahənin mütəxəssisləri hər zaman torpağa ziyan vermədən yüksək səviyyədə məhsul alınmasının və əkinçiliyə zərərli olan maddələrdən qorunmasının yollarını axtarırlar. GIS bu problemlərə həll yolu tapmaqla mühüm rol oynayır. GIS xidmətləri üzrə bir sıra kənd təsərrüfatı problemlərinə geniş həll yolları təklif edirik. Belə ki, torpaqlar rəqəmsal formada tərtib edilir və torpağın daha asan təhlili üçün topoqrafiya- geodeziya məlumatları ilə statistik verilənlər birləşdirilir. Coğrafi informasiya sistemləri özündə statistik verilənləri və nümunələri toplayıb emal etməklə, “nə əkməli?” və “hansı torpaqda əkməli?” kimi qərarların verilməsinə imkan verir. Bu baxımdan, GIS-in kənd təsərrüfatında tətbiqi daim aktualdır.

Məsafədən Zondlama
Geologiya və Geofizika xidmətləri
Geodeziya və Fotoqrammetriya
Hidroqrafiya
Kartoqrafiya

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat