kartoqrafiya xəritə tərtibi mapping coğrafi informasiya sistemləri

KARTOQRAFİYA

Kartoqrafiya xidməti (xəritəçilik) üzrə CASPIAN GEOMATICS MMC zəngin təcrübəyə malikdir. Tematik kartoqrafiya və topoqrafik xəritələr üzrə tərəfimizdən çoxsaylı müqavilələrə imza atılıb.

Kartoqrafik məhsulların hazırlanmasında müxtəlif mənbələr istifadə oluna bilər. Mənbənin seçilməsi zamanı Sifarişçi tələbi nəzərə alınır. Mənbələrə aerokosmik, internet, scan və LIDAR əsaslı verilənlər, geodeziya və topoqrafik ölçmələr üzrə alınan nəticə, kağız xəritə mənbələri daxildir.

Kartoqrafiya xidməti (xəritəçilik) topoqrafik xəritələr

Tematik Kartoqrafiya

Tematik Kartoqrafiya müasir yanaşmaları tələb etməklə Kartoqrafiya xidməti (xəritəçilik) üzrə əsas istiqamətlərdən biri hesab olunur. Xəritə tərtibatı ilə bağlı çoxsaylı layihələr icra etməkdəyik.

Tərtib olunan xəritələr (tematik kartoqrafiya) CİS mühitində işlənilir və dizayn edilir. Təcrübəmizə əsasən qeyd edək ki, tematik kartoqrafiya üzrə xəritə tərtibatı daha çox tələb olunur və müasir sistemlərin tətbiqini zəruri edir.

Topoqrafik xəritələr

Topoqrafiya ölçmələri üçün ərazi kameral təhlil olunur, kartoqrafik materiallar istifadə edilir. Səth quruluşa baxılır və müxtəlif ayırdetməli aerokosmik təsvirlərə müraciət olunur. Məntəqə qurulması və onun statik rejimli ölçülməsi, hesablanması və taraza gtirilməsi həll olunur. Aeroplanalma (LIDAR) xidməti də istifadə edilir. Bu zaman fotoqrammetrik məntəqələr qurulur, yüksəklik ölçülür. Aerofoto emal olunur, aerotrianqulyasiya modeli qurulur.

Veb xəritələr

Veb kartoqrafiya (veb xəritəçilik və ya Veb GIS) İnternetdə CİS əsaslı xəritələrdən istifadə etmək üçün texnologiyadır. İstifadəçi xəritədə hansı məlumatın göstərilməsini müstəqil seçə bilir. Burada geoməkan emalına xüsusi diqqət edilir. Bu,  toplanma və proqram arxitekturasının spesifik aspektləri ilə bağlıdır. Məqsəd, istifadəçiyə müstəqil olaraq xəritələr tərtib edib və saxlanmanı təmin etməkdir. Xəritələr dəyişə və serverə yüklənə bilər. Bunun üçün xüsusi redaktor var və bu xidmət üçün API-dən istifadə edən skriptlərin yazılması istifadə edilə bilər. Onlar CİS mühitində yaradılmış geoməlumat bazasını və ya inteqrasiya olunmuş məkan məlumat bazalarını tələb edir.

Georeferensiya məsələləri

Kağız xəritələrin georeferensiyası daim aktuallığı ilə seçilib. Köhnə bələdiyyə və yerquruluşu sxemləri, kadastr və topoqrafik xəritələr rastr daşıyıcısı kimi saxlanılır. Müasir dövrdə bu xəritələrə çox rast gəlinir. Bu xəritələrin rəqəmsal şəkilə gətirilməsi vacibdir. Bu zaman xəritənin deformasiyalı olub və olmaması barədə bilgilər əhəmiyyət kəsb edir.

Kartoqrafik dizayn

Xəritələrin tərtibi zamanı kartoqrafik qaydalara əməl olunur və dizayn meyarına baxılır. Dizayn zamanı rəngələrlə işləmə bacarığı, rəngləri hiss etmək lazım gəlir, həmçinin rənglərin təbiəti və harmoniyası önəmli olur. Tərtibatda kompozisiya uyğunluğu və ahənglik nəzərə çarpmalıdır.

 

Məsafədən Zondlama
Geologiya və Geofizika xidmətləri
CİS həlləri
Hidroqrafiya
Geodeziya və Fotoqrammetriya

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat