remote sensing məsafədən aerokosmik tədqiqatlar

YÜKSƏK AYIRDETMƏLİ PEYK TƏSVİRLƏR ƏSASINDA NEFTLƏ ÇİRKLƏNMİŞ SAHƏLƏRİN TƏYİNİ

Məsafədən aerokosmik tədqiqatlar (Məsafədən Zondlama) əsasında Bakı şəhərinin bir sıra neftlə çirklənmiş ərazilərinin təyin edilməsi və sahəvi hesablamaların aparılması məqsədilə müqavilə imzalanmışdır.

Məsafədən aerokosmik tədqiqatlar üçün layihə ərazisinin yüksək ayırdetməli peyk təsvirləri əldə olunmuş və ortofotolar tərtib edilmişdir. Əldə olunmuş təsvirlər əsasında NDWI (Normalized Difference Water Index) – Normallaşdırılmış Fərq Su İndeksi və ENDVI (Enhanced Normalized Difference Vegetation Index) – Normallaşdırılmış Fərq Bitki örtüyü İndeksi xəritələri hazırlanmışdır. Məsafədən aerokosmik araşdırmalar əsasında neftlə çirklənmə dərəcələri təsnif edilmişdir və kontrakt sahələri üzrə neftlə çirklənmiş sahələrin təsnifat xəritəsi tərtib olunmuşdur. Qarşıya qoyulan məsələlər coğrafi informasiya sistemi üzrə həll olunmuş, çirklənmiş ərazilərin geoməlumat bazası qurulmuşdur. Yekunda aparılmış tədqiqatlara dair texniki hesabat hazırlanmışdır.

 

https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat