Kişçay Kümrükçay sel və daşqın məcra prosesləri

SEL VƏ DAŞQIN TƏHLÜKƏLİ ÇAYLAR ÜZRƏ MƏCRA PROSESLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Sel və daşqın təhlükəli çaylarda əsasən məcra proseslərinin qiymətləndirilməsi (Kümrükçay-Kişçay hövzəsi) məqsədilə 02 Mart 2022 tarixində CASPIAN GEOMATICS ilə müqavilə bağlanmışdır.

Müqavilə üzrə CİS texnologiyaları əsasında Kümrükçay-Kişçay hövzəsi timsalında çaylarda məcra proseslərinin qiymətləndirilməsi aparılmış və tədqiqat ilin sonuna qədər davam etmişdir. Aparılmış komplesk tədqiqatlara dair hesabat hazırlanmışdır. Tədqiqatın aparılmasında müasir yanaşmalardan da istifadə olunmuşdur. Ənənəvi metodlarla bərabər məsafədən aerokosmik tədqiqat üsulları istifadə edilmiş, aerokosmik verilənlər üzrə geoinformasiya xəritələri tərtib olunmuş, geoməlumat bazası yaradılmışdır. Eyni zamanda, müqavilə üzrə qarşıya qoyulmuş məsələlər həll edilmişdir:

Həll olunmuş məsələlər:

  • axınların tədqiqi və natur tədqiqatın aparılması;
  • məcraların hidravliki müqavimət əmsalının qiymətləndirilməsi;
  • məcraların daşqın axını təsirindən yuyulması dərinliyinin təyini;
  • zəruri tədbirlərin işlənilməsi;
  • model və aerokosmik təsvirlər üzrə morfometrik təhlillər;
  • landşaft strukturunun xəritə tərtibatı;
  • antropogen amillərin təsirlərinin öyrənilməsi;
  • geoinformasiya təhlilləri və detallı araşdırmalar;
  • təhlükəli sel və daşlı-palçıqlı daşqın axınlarının xüsusiyyətlərinin araşdırılması;
  • su ehtiyatlarının öyrənilməsi;
  • hidroloji və hidravliki rejim xüsusiyyətlərinin öyrənilməsi;
  • məcra çöküntülərinin fraksiyalarının öyrənilməsi;
  • tədqiqat ərazisinin geoməlumat bazasının qurulması və s.

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat