Batimetriya, Topography, GIS kür topoqrafiya ölçmələrinin geodeziya və topoqrafiya bathymetry surveys

KÜR SUTƏMİZLƏYİCİ QURĞULAR KOMPLEKSİ ÜZRƏ HİDROTEXNİKİ QURĞULARIN LAYİHƏLƏNDİRİLMƏSİ

Kür çayında batimetrik və geodezik ölçmələrin aparılması məqsədilə Sukanal Elmi-Tədqiqat Layihə İnstitutu ilə CASPIAN GEOMATICS MMC arasında müqavilə imzalanmışdır. Tədqiqat sahəsi Sabirabad rayonu Həşimxanlı və Axtaçı Muğan ərazilərini əhatə edir. Kür sutəmizləyici qurğular kompleksinin üzən nasos stansiyaları ətrafında çayın axımının səviyyə rejiminin tənzimlənməsi məqsədilə hidrotexniki qurğuların layihələndirilməsi üzrə görülmüş batimetriya işləri, geodeziya və topoqrafiya ölçmələri aşağıdakı həcmləri özündə əks etdirir:

  1. SƏTƏM tədbirlər planının hazırlanması, risklərin qiymətləndirilməsi.
  2. Batimetriya ölçmələrinin nəticələrini yüksək dəqiqliklə alınması üçün ərazidə 3 geodeziya istinad məntəqəsinin qurulması, koordinat və yüksəkliklərin təyin olunması.
  3. Qayığa bərkidilmiş hidroqrafik exolot vasitəsilə 7 ədəd eninə, həmçinin 3 ədəd uzuna profillər üzrə batimetrik ölçmələrin aparılması.
  4. Çayın ətraf ərazilərində topoqrafiya ölçmələrinin yerinə yetirilməsi.
  5. Eninə profil xətlərinin təpə nöqtələri üzrə müvəqqəti istinad məntəqələrinin qurulması, geodezik parametrlərin təyini.
  6. GIS/CAD proqramları əsasında dib relyefi nöqtələrinin emalı, batimetrik modelləşdirmə.
  7. GIS əsasında batimetriya xəritələrinin tərtibi.
  8. Batimetrik modellər əsasında profillərin qrafiki tərtibatlarının yerinə yetirilməsi.
  9. Coğrafi informasiya sisteminin qurulması.
  10. Texniki hesabatın hazırlanması.

Batimetrik tədqiqat nəticələri:

  • su obyektlərinin dib relyefinin sıx nöqtələr əsasında müfəssəl modelinin qurulması;
  • dib relyefi modelləri əsasında (batimetrik modellər) profillərin qurulması və həcmi hesablamaların aparılması;
  • sualtı (dəniz, çay, göl, su anbarları və s.) mövcud obyektlərin təsnifatı, inventarizasiyasının aparılması, xəritə tərtibi;
  • sonar planalma nəticəsində alınan akustik təsvirlərin mozayka edilməsi;
  • batimetrik tədqiqatlar üçün həm təkşüalı (singlebeam), həm də çoxşüalı (multibeam) ölçmələrin yerinə yetirilməsi;
  • batimetrik tədqiqatlar zamanı alınmış nəticələrin yüksəklik sisteminə gətirilməsi;
  • batimetrik xəritələrin tərtibi və layihə obyektinin coğrafi informasiya sisteminin qurulması.

https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat