xammal yataqları mühəndis geodeziya və topoqrafiya mühəndis axtarışları axtarış işləri prospecting and engineering

QARADAĞ VƏ ŞƏMKİR RAYONLARI ƏRAZİSİNİN XAMMAL YATAQLARI ÜZRƏ MÜHƏNDİS AXTARIŞ İŞLƏRİ

Qaradağ (Səngərqaya və Vulkan) ərazisində və xammal yataqları üzrə aparılmış mühəndis axtarış işləri, mühəndis geodeziya və topoqrafiya ölçmələri, istinad məntəqələrinin quraşdırılması.

İş həcmi, Norm sement zavodu ərazisində və xammal sahələrində dağ-mədən hasilat işləri aparılmış mədənlərdə mühəndis axtarış işlərinin aparılmasından ibarətdir.

Mühəndis geodeziya və topoqrafik ölçmələr Bakı şəhəri Qaradağ rayonu ərazisində 3 ha, Səngərqaya ərazisində 20 ha, Qaradağ rayonunun Vulkan ərazisində 6 ha, həmçinin Şəmkir rayonunun Alabaşlı kəndində 1 ha ərazini təşkil etmişdir. Xammal yataqları üzrə aparılmış mühəndis axtarışları zamanı geodeziya istinad məntəqələri quraşdırılmış, məntəqələrin kordinat və hündürlük göstəriciləri təyin olunmuşdur. Ərazilərin rəqəmsal topoqrafik xəritələri, üçbucaq və üçölçülü modelləri qurulmuş, həmçinin relyef profilləri hazırlanmışdır.

Axtarış işləri üzrə həll edilmiş məsələlər:

1. Norm sement zavodu ərazisində və xammal yataqlarında mühəndis axtarış işlərinin icrası (mühəndis geodeziya və topoqrafik ölçmələr).
2. Rəqəmsal topoqrafiya xəritələrinin tərtibi.
3. Xammal yataqlarının CİS əsaslı şəbəkə və 3D modellərinin qurulması.
4. Geodeziya istinad məntəqələrinin quraşdırılması, koordinat və yüksəklik göstəricilərinin təyini.
5. Trianqulyasiya modelləri əsasında eninə və uzununa relyef profillərinin qrafik tərtibatı.

Mühəndis axtarış işləri (Geodeziya və topoqrafiya ölçmələri) məqsədilə ərazilər yüksək ayırdetməli peyk təsvirlər əsasında təhlil olunmuş və relyefə uyğun metod seçilmişdir. SƏTƏM prosedurlarına riayət etməklə risklərə baxılmış və təlimata uyğun planlama aparılmışdır. Metodologiya üzrə RTK rejimli geodezik ölçmə sistemi tətbiq olunmuşdur.

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat