geoloji geofiziki tədqiqat hidrogeoloji nasos Araz çayı

ARAZ ÇAYI İLƏ QİDALANAN NASOS STANSİYALARIN VƏ TƏZYİQLİ BORU XƏTTİNİN MÜHƏNDİS AXTARIŞLARI

geoloji və hidrogeoloji tədqiqatlar, topoqrafiya, qrunt laboratoriya tədqiqatı, Araz çayından qidalanan nasos stansiyaların və təzyiqli xəttin tikintisinin layihə sənədlərinin hazırlanması üzrə mühəndis axtarış işləri.

Layihə adı: Babək rayonu Nehrəm qəsəbəsinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Araz çayından qidalanan nasos stansiyaların və təzyiqli boru xəttinin tikintisinin layihə sənədlərinin hazırlanması.

Layihələndirmə üçün aparılan topoqrafiya işlərinin və geoloji və hidrogeoloji tədqiqatların məqsədi relyefin və geoloji-litoloji quruluşun öyrənilməsi, qruntların fiziki-mexaniki xassələrinin təyini olmuşdur. Layihədə təzyiqli boru xətti üzrə trassa boyu 61 ədəd hər biri 5 metr dərinliyi olmaqla mühəndis geoloji quyular qazılmışdır. Araz 1 və Araz 2 nasosxanalarına yaxın ərazidə layihəsi işlənən yeni nasosxana sahələrində 12 ədəd və hər biri 10 metr dərinliyi olan mühəndis geoloji quyular qazılmışdır. Layihə obyektində qazmanın ümumi həcmi 425 p.m təşkil etmişdir.

Yerinə yetirilmiş mühəndis axtarış işləri:

– Topoqrafiya ölçmələri və nəticələrin emalı, xəritə tərtibi, istinad məntəqələrinin quraşdırılması və bağlantı, xyz göstəricilərinin təyini;
– rəqəmsal relyef modelinin qurulması, model üzrə uzununa profilin qrafik tərtibatı;
– Araz çayından qidalanan və təqribən 17 km uzunluğu olan trassanın 50 m en üzrə topoqrafik ölçmələri, trianqulyasiya şəbəkəsinin qurulması;
– nasosxana sahələrinin mühəndis topoqrafiya ölçmələrinin yerinə yetirilməsi;
geoloji və hidrogeoloji tədqiqatlar, müayinə;
– qrunt laboratoriya tədqiqatları, litoloji sütunların və kəsilişlərin tərtibi;
– tədqiqat ərazisi üzrə CİS-in qurulması.

Baza rover əsasında trassa üzrə topoqrafik ölçmələr aparılmış, trianqulyasiya şəbəkə modeli qurulmuş və topoqrafik xəritə tərtib olunmuşdur. Trassa boyu (17 km) 12 ədəd baza istinad məntəqələrinin yerləri seçilmiş, koordinat və yüksəklik göstəriciləri təyin olunmuş, geoloji-litoloji sütunların tərtibat işləri icra edilmiş və kəsilişlər verilmişdir. Sonda, hesabat tərtib edilmiş və Sifarişçiyə təqdim olunmuşdur.

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat