SCADA sistemi geoloji tədqiqat işləri mapping technical inventory geoloji və hidrogeoloji texniki inventarlaşdırma topographic surveys soil laboratory irriqasiya SCADA sistemləri

NAXÇIVAN MR-DƏ İRRİQASİYA VƏ DRENAJ SİSTEMLƏRİNİN İNKİŞAFI LAYİHƏSİ (ASİYA İNKİŞAF BANKI)

Geoloji və Hidrogeoloji tədqiqatlar (wireline core drilling), Topoqrafiya ölçmələri, Kanalların texniki inventarlaşdırılması (77 km), Xəritə tərtibi, SCADA sistemi

“Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” üzrə topoqrafik ölçmələrin və texniki inventarlaşdırma işlərinin icrası, geoloji və hidrogeoloji tədqiqatların aparılması üzrə Fransanın SOFRECO və CASPIAN GEOMATICS şirkətləri arasında müqavilələr imzalanmışdır. Layihə Asiya İnkişaf Bankının dəstəyi ilə reallaşmışdır.

“Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” uğurlu layihələrdən biri olmuşdur. Layihənin məqsədi Naxçıvanda suvarma və drenaj sisteminin fəaliyyətinin yaxşılaşdırılması və kənd təsərrüfatı istehsalını və məhsuldarlığını artırmaq olmuşdur. Bu məqsədlə, əsas kanalların mövcud vəziyyətinin qiymətləndirilməsi, texniki inventarlaşdırmanın aparılması, Bənəniyar kanalı üzrə topoqrafiya ölçmələrinin yerinə yetirilməsi və fundamental geodeziya istinad məntəqələrinin quraşdırılması qarşıda duran  məsələlər olmuşdur. Eyni zamanda, 4 sxem üzrə geoloji və hidrogeoloji tədqiqatların aparılması, qrunt laboratoriya sınaqlarının və kimyəvi analizlərin aparılması (qrunt və su) da əsas hədəflər olmuşdur.

Layihə çərçivəsində irriqasiya kanalları üzrə SCADA sistemi tətbiqi imkanları da araşdırılmışdır. Kanalların SCADA sistemi tətbiqi məqsədilə kanallarda monitorinq işləri aparılmışdır.

İrriqasiya və Drenaj sxemləri:

  1. Bənəniyar baş kanal sxemi (Culfa/4230 ha)
  2. Böyükdüz və Xok irriqasiya-drenaj sxemi (Kəngərli/2360 ha)
  3. Kəngərli irriqasiya sxemi (Kəngərli/3500 ha)
  4. Püsyan, Tümaslı və Xanlıqlar drenaj inkişaf sxemi (Şərur/3400 ha)

Həll edilmiş məsələlər:

  1. Bənəniyar, Qaraçuq və Arpaçay (qollar daxil) kanallarının texniki inventarlaşdırılması (77 km).
  2. Bənəniyar kanalının topoqrafik ölçmələri və kanalın topoqrafik xəritəsinin tərtibi.
  3. Bənəniyar kanalı üzrə müvəqqəti və daimi geodeziya məntəqələrinin quraşdırılması, GPS statik ölçmələrin icrası, nivelirləmə işləri.
  4. Bənəniyar kanalının uzununa və eninə profillərin qrafiki tərtibatı.
  5. Bənəniyar kanalının 3D modelinin qurulması.
  6. Kompleks mühəndis-geoloji və hidrogeoloji tədqiqatların aparılması.
  7. Faktiki materiallar və geoloji xəritələrin tərtibi.
  8. Mühəndis-geoloji və kimyəvi tərkib xəritələrin tərtibi.
  9. Qrunt suların minerallaşma dərəcəsi xəritələrinin tərtibi.
  10. Yeraltı suların yatım dərinliyi xəritələrinin tərtibi.
  11. Rejim və mühəndis-geoloji kəşfiyyat quyularının, şurfların qazılması.
  12. Strukturu pozulmuş və pozulmamış qrunt nümunələrinin götürülməsi.
  13. Qrunt laboratoriya tədqiqatları, suyun və qruntun kimyəvi analizləri.

 https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat