inklinometr geologica surveys wireline core spt pressiometr

BAKI ŞƏHƏRİNDƏ “ŞIXOV SKYPARK” LAYİHƏSİ ÜZRƏ MÜHƏNDİS-AXTARIŞ İŞLƏRİNİN İCRASI

Mühəndis axtarışları (wireline 1220 m, seysmik kəşfiyyat 1km, MASW, SPT standart penetrasiya testi, pressiometr, inklinometr 120m, geodeziya).

Şəhərin mərkəzində müasir üslubda yeni yaşayış komplekslərinin salınması məqsədi ilə geotexniki tədqiqatların aparılması xidməti üzrə CASPIAN GEOMATICS şirkəti ilə müqavilə imzalanmışdır. Ərazinin dağlıq-qayalıq geoloji strukturuna uyğun olaraq, sahədə wire-line karotajlı qazma işləri aparılmışdır. Eyni zamanda, ərazidə inclinometer testi icra edilmişdir.

Ərazidə kompleks geologiya və geofizika tədqiqatları yerinə yetirilmişdir. Mühəndis-axtarış işləri çərçivəsi üzrə topoqrafik ölçmələr aparılmış, seysmika öyrənilmiş, SPT və pressiometr testləri aparılmışdır. Wireline üsulu ilə qazma (core drilling) işlərinin ümumi dərinliyi 1220 metr təşkil etmiş və strukturu pozulmayan nümunələr götürülmüşdür. Cəm uzunluğu 1 km olan profillər üzrə səth dalğaların çoxkanallı analizi (MASW- multi-channel analysis of surface waves) yerinə yetirilmişdir. Sahədə seysmik kəşfiyyat aparılmış və 120 m həcmində inklinometr quyuları qazılmış və periodik müşahidələr icra edilmişdir. Bundan başqa, asbuilt sxemlər tərtib edilmiş və ekzogen geoloji proseslər öyrənilmişdir. Ərazidə relyefin hamarlanması və yol çəkilişi işləri icra edilmişdir. Mövcud nahamarlıqlar nəzərə alınmaqla texnika və avadanlıqların hərəkəti üçün yollar salınmışdır.

https://caspiangeomatics.com/ 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat