Su ehtiyatları su təsərrüfatı STUDY OF MODERN CHANGES IN WATER RESOURCES PLC, SCADA-PLC və SCADA SCADA - PLC PLC SCADA HMI SCADA Avtomatika SCADA xidməti

SU EHTİYATLARININ MÜASİR DƏYİŞMƏLƏRİ ÖYRƏNİLMİŞDİR

Su ehtiyatları və su təsərrüfatı infrastrukturunun yenidən qurulması üçün müasir tələb üzrə CİS əsaslı tədqiqat aparılmışdır.

Su ehtiyatları və su təsərrüfatı üzrə dəyişiklikləri qiymətləndirmək qarşıda duran vacib məsələlər olmuşdur. Bunun üçün çoxillik tərəddüdlər tədqiq edilməli və buna səbəb olan təbii və antropogen amillərin təsiri qiymətləndirilməli, amillərin dəyişmədə çəkisi müəyyənləşməlidir.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə təbii su obyektlərinin hidroloji rejimi kəskin şəkildə dəyişmişdir. Su təsərrüfatı obyektləri isə baxımsızlıqdan və dağıdıldığından ciddi deqradasiyaya məruz qalmışdır. Məhz bu səbəbdən, işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının yenidən və müasir tələblər səviyyəsində öyrənilməsi vacib hesab olunur.

Ərazidə olan su təsərrüfatı obyektlərinin tikintisi və istismarı onları qidalandıran su mənbələrindən bilavasitə asılıdır. Uzun müddət ərzində meliorasiya və su təsərrüfatı obyektləri ilə birlikdə onları qidalandıran çaylar və yeraltı sular da işğal altında qalmışdır. Tədqiqat ərazisində hidrotexniki qurğuların, kanalların müxtəlif təsirlərə məruz qalmasının öyrənilməsi üçün formalaşan su ehtiyatları barədə məlumatlar təhlil edilməlidir. Belə ki, zəngin su ehtiyatına malik bu ərazilərdə dəyişikliyin səbəblərini və dərəcələrini bilmədən su təsərrüfatı obyektlərinin təkmilləşdirilməsi mümkün deyil.

Tədqiqat ərazisi hidroloji rayonlaşmaya görə Kiçik Qafqaz təbii vilayətində yerləşir. Tərəfimizdən təbii vilayətin hidroloji xüsusiyyətləri müqayisəli təhlil edilmiş və onların formalaşmasında iştirak edən təbii və antropogen amillərin təsiri qiymətləndirilmişdir.

Su ehtiyatlarının formalaşmasında bilavasitə iştirak edən iqlim amillərinin təsirinin qiymətləndirilməsi üçün hidrometeoroloji məntəqələr üzrə çoxillik məlumatlar istifadə edilmişdir. Eyni zamanda, onların məkana və zamana görə paylanma xüsusiyyətləri də təhlil edilmişdir.

Məsələlərin həlli üçün statistik məlumatlarla yanaşı yüksək və orta ayırdetməli peyk təsvirlərdən istifadə edilmiş, müqayisəli təhlillər aparılmışdır. Bundan başqa, coğrafi informasiya sistemləri üzrə geniş geoməkan təhlilləri aparılmışdır. Eyni zamanda müxtəlif mövzuda xəritələr tərtib olunmuşdur.

Nəticə:

  • Su ehtiyatları haqqında məlumatlar toplanılmış və sistemləşdirilmişdir
  • Təbii şərait haqqında məlumatların müqayisəli təhlili aparılmışdır.
  • Tədqiqat ərazisinin müasir iqlim şəraiti haqqında məlumatlar təhlil olunmuşdur.
  • Peyk təsvirlər üzrə fiziki-coğrafi parametrlərin kartoqrafik təqdimatları icra edilmişdir (rəqəmsal modellər, spektral kanalların kombinasiyaları).
  • Tədqiqat ərazisinin coğrafi informasiya sistemi (CİS) qurulmuşdur.

https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat