Hidrogeoloji tədqiqatlar hydrogeology hydrogeological investigations

TÜRKAN ƏRAZİSİNİN SU TƏCHİZATI MƏQSƏDİ İLƏ APARILMIŞ HİDROGEOLOJİ TƏDQİQATLAR

Hidrogeoloji tədqiqatlar su təchizatı məqsədi ilə Xəzər rayonu Türkan qəsəbəsi üzrə aparılmışdır. Tədqiqat ərazisində suyun yatım layları müəyyən olunmuş və qarşıya qoyulan məsələlər həll edilmişdir. Fond materiallarına müraciət olunmuş, geologiya və hidrogeologiya üzrə əvvəlki illərə aid məlumatlar toplanılmış, o cümlədən kartoqrafik materiallara baxılmışdır. Heyət yeraltı su laylarının yatma dərinliyini və qalınlıqları təyin etmiş, hidrogeoloji tədqiqatlar üzrə vacib parametrlər hesablanmışdır.

Daha sonra, hidrogeologiya tədqiqatları üzrə su mənbələrinin yerləri, süxurların yaşı, sərf, kimyəvi tərkib öyrənilmişdir. Su təminatı üçün qazılacaq quyunun yeri müəyyən olunmuşdur. Nəticədə, quyuda suların statik və dinamik səviyyələri, səviyyənin enməsi təyin olunmuşdur. Əlavədə, hidrogeoloji parametrləri müəyyən etmək üçün quyular üzrə təcrübi işlər aparılmış, səviyyə dəyişməsi üzrə sınaq işləri yerinə yetirilmişdir.

Hidrogeologiya tədqiqatları

Qeyd edilməlidir ki, yeraltı sular ümumi su ehtiyatının əsas hissəsini təşkil edir və əlverişli geoloji-struktur şəraitdə toplanır. Belə sahələr yeraltı su yatağı adlandırılır. Yeraltı suların tədqiq olunmasında əsas hidrogeoloji tədqiqatların növləri məsələnin xarakterindən, miqyasından və spesifik olmasından, yatağın öyrənilməsindən, mürəkkəb olmasından və təbii şəraitdən, layihələndirilən tədqiqatın icrasının konkret texniki – iqtisadi göstəricilərindən asılı olaraq təyin edilir. Praktiki olaraq, bütün hallarda yeraltı suların öyrənilməsi hidrogeoloji və digər tədqiqat növlərini özündə birləşdirən mürəkkəb kompleks tədqiqat kimi özünü büruzə verir.

Hidrogeoloji tədqiqatlar üzrə planalmanın dərinliyi onun miqyası, relyefin parçalanma dərəcəsi, kristallik əsasın susuz qatının tavanının yatım dərinliyi, geoloji kəsilişin öyrənilən hissəsində süxurların sulanma şəraiti, ərazinin mənimsənilmə dərəcəsi və s. amillərlə müəyyən olunur. Planalma zamanı tədqiqatın dərinliyi daha geniş götürülür. Bu, xəritələnən sulu qatın çöküntülərinin altında yerləşən yeraltı sularla hidravlik əlaqəsinin müəyyən edilməsi üçün vacib hesab olunur. Bu məsələlərin həlli üçün fərqli nöqtələrdə bir neçə dərin quyunun qazılması və müvafiq geofiziki tədqiqatların aparılması tələb oluna bilər. Ümumi halda, hidrogeoloji planalmanın miqyası nə qədər kiçik olarsa, onun proqnoz əhəmiyyəti bir o qədər böyük olur. Bu halda müxtəlif miqyaslı planalmalar arasında dərinlik üzrə ardıcıllıq təmin olunur.

https://caspiangeomatics.com/ 

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat